IQNA

19:35 - August 30, 2013
Xəbər sayı: 2582242

Yəmənin paytaxtında Came Məsciddə Qurani-Kərimin nadir əlyazma nüsxəsi tapılıb

Beynəlxalq qrup: Yəmənin paytaxtı Səna şəhərində Came Məscidini təmiri və yeni inşası zamanı Qurani-Kərimin nadir əlyazma nüsxəsi tapılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "elbashayeronline" xəbər saytına istinadən verdiyi xəbərə görə Yəmənin paytaxtı Səna şəhərində Came Məscidini təmiri və yeni inşası zamanı Hicri-Qəməri tarixinin birinci əsrinə aid olan və Hicazi xətti ilə yazılmış Qurani-Kərimin nadir əlyazma nüsxəsi tapılıb.
Səna şəhərinin Came Məscidinin təmiri və yeni inşası beynəlxalq təcrübələrə əsasən və UNESKO-nun əməkdaşlığı ilə həyata keçirilib.
Bu məscidin təməlində arxeoloji axtarışlar zamanı başqa əlyazma nüsxələr və tarixi əşyalar da kəşf edilərək götürülüb.

1279569
captcha