IQNA

8:43 - September 25, 2013
Xəbər sayı: 2594759
Beynəlxalq qrup: Şeyx Fərid Əl-Baci - Tunisin "Darul-Hədis" müəssisəsinin rəisi, tunisli qızların "cihad nikahı" adı altında Suriyaya göndərilməsinə və silahlı terroristlərin onlardan sui-istifadə etməsinə etiraz edərək deyib: "Müqəddəs Quran-Kərimdə və Həzrət Peyğəmbərin (s) sünnəsində "Cihad Nikahı" anlayışı yoxdur!"
İQNA-nın (Beynəlxalq Quran Xəbər agentliyi) Tunis çapı olan "Əş-Şuruq" qəzetinə istinadən verdiyi xəbərə görə Şeyx Fərid Əl-Baci - Tunisin "Darul-Hədis" müəssisəsinin rəisi, tunisli qızların "cihad nikahı" adı altında Suriyaya göndərilməsinə və silahlı terroristlərin onlardan sui-istifadə etməsinə etiraz edərək deyib: "Müqəddəs İslam dinində, Quran-Kərimdə və Həzrət Peyğəmbərin (s) sünnəsində "Cihad Nikahı" anlayışı yoxdur və bu məsələ Tunislilərin adət-ənənə və əxlaqi xüsusiyyətlərinə ziddir."
Şeyx Fərid Əl-Baci - Tunisin "Darul-Hədis" müəssisəsinin rəisi, tunisli qızların "cihad nikahı" adı altında Suriyaya göndərilməsini və silahlı terroristlərin onlardan sui-istifadə etməsini kəskin şəkildə məhkum edərək tunislilərdən istədi ki, vəhabi müftilərinin bu axmaq fətvalarına əməl etməsinlər.
Şeyx Fərid Əl-Baci - Tunisin "Darul-Hədis" müəssisəsinin rəisi, çıxışında "cihad nikahı" adı altında Suriyaya göndərilmiş və sonrada Tunisə qayıtmış qızların əksəriyyətinin hamilə olduğunu bildirib.
Tunisin keçmiş müftisi Şeyx Osman Bətix 16 tunisli qızın Suriyaya ezam olunmasından sonra (19 aprel 2013) işdən kənarlaşdırılmışı.
Şeyx Osman Bətix indiki çıxışlarında qızların "cihad nikahı" adı altında Suriyaya göndərilməsini kəskin şəkildə tənqid edir.

1293351
Ad:
E-poçt:
* Comment:
* captcha: