IQNA

15:18 - September 26, 2013
Xəbər sayı: 2595418
Siyasi qrup: Höcctətul-İslam vəl-müslimin Dr. Həsən Ruhani – İran İslam Respublikasının Prezidenti, BMT Baş Assambleyasının 68-ci sessiyasında çıxışı zamanı vurğuladı: "Mən təklif edirəm "Dünya, zorakılıq və ifratçılıq əleyhinə" planı Birləşmiş Millətlər Təşkilatının iş gündəminə qoyulsun. Bütün dövlətlər və Beynəlxalq Təşkilatlar dünyanı bu səmtə yönəltmək üçün yeni səylər göstərsinlər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran Prezidentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə Höcctətul-İslam vəl-müslimin Dr. Həsən Ruhani – İran İslam Respublikasının Prezidenti, BMT Baş Assambleyasının 68-ci sessiyasında dünyanın indiki acınacaqlı vəziyyətdən çıxarılması üçün, öz çıxışı zamanı vurğuladı: "Mən təklif edirəm "Dünya, zorakılıq və ifratçılıq əleyhinə" planı Birləşmiş Millətlər Təşkilatının iş gündəminə qoyulsun. Bütün dövlətlər və Beynəlxalq Təşkilatlar dünyanı bu səmtə yönəltmək üçün yeni səylər göstərsinlər.
Bu xəbərə görə İran İslam Respublikasının Prezidenti Cənab Höccətul-İslam vəl-müslimin Dr. Həsən Ruhani BMT Baş Assambleyasının 68-ci sessiyasında çıxış etdi. Prezident bölgə və beynalxalq problemlərə toxunaraq, zorakılıq, müharibələr və ifratçılıq dövrünün artıq arxada qaldığını vurğuladı.
O, İranın nüvə enerjisindən dinc məqsədlər üçün istifadə yolunda üzləşdiyi qeyri-qanuni əngəlləmələrə toxunaraq, sanksiyaların ədalətsiz olduğunu bir daha qeyd etdi.
İran prezidenti qarşılıqlı hörmət və müştərək maraqlara ehtiram prinsipi altında başqa dövlətlərlə konstruktiv munasibətlər qurmağa hazır olduqlarına işarə edərək bildirdi ki, İran hərtərəfli sabitliyin tərəfdarıdır.
O, sonda lazımlı bir təklif irəli sürdü: İran İslam Respublikası adından ilk addım olaraq təklif edirəm: “Zorakıkıq və ifratçılığa qarşı dünya birliyi” konsepsiyası BMT-nın masasının üstündə olsun və bütün dövlətlər, beynəlxalq təşkilatlar və QHT-lər dünyanı bu istiqamətə yönəltmək üçün ciddi səylərini əsirgəməsinlər.
İran prezidenti qarşılıqlı hörmət və müştərək maraqlara ehtiram prinsipi altında başqa dövlətlərlə konstruktiv munasibətlər qurmağa hazır olduqlarına işarə edərək dedi: İran İslam Resbublikası bu prisipə riayət şərti ilə ABŞ-la gərginliyin artırılmasına tərəfdar deyildir.
O, ABŞ-nın prezidenti Barak Obamanın dünənki çıxıçına da işarə edərək dedi: ABŞ dövlət başçıları qəti qərar verərlərsə və separatçı hərbi qruplara himayətçilik etməkdən əl götürərlərsə, problem və münaqişələrin həllində bir meyar əldə etmək mümkündür. Bu meyarda bərabər şəkildə, qarşılıqlı hüquqlara və beynəlxalq prinsiplərə riayət etmək şərti əsas rol oynamalıdır. Bunun üçün də Vaşinqton tərəfindən yalnız bir səs eşidilməlidir.
Cənab Həsən Ruhani nitqinin ardında dedi: İllərdir “Müharibə qərarı bizim masamızın üstündədir” səsi eşidilir, lakin bu gün bu mənasız və qanunsuz sözün qarşısında belə deməliyik: “Sülh bir addımlıqdadır”.

1293480
Ad:
E-poçt:
* Comment:
* captcha: