IQNA

9:07 - September 30, 2013
Xəbər sayı: 2597019
Beynəlxalq qrup: Avstraliya cari ilin oktyabr ayının 10-dan başlayaraq “İslamic Fashion" (İslami geyim stili) sərgisinə evsahibliyi edəcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyin) "Museum Victoria" saytınsa istinadən verdiyi xəbərə görə Avstraliyada cari ilin oktyabr ayının 10-dan başlayaraq “İslamic Fashion" adı ilə müsəlman qadınlar üçün bəyənilmiş və İslami qaydalara uyğun olan İslami geyim stilləri və səpkilərinin sərgisi keçiriləcəkdir.
Bu sərgi Avstraliyanın "Emigration" (Mühacirət) muzeyində təşkil ediləcəkdir.
Bu sərginin devizi “İman və moda – Avstraliya qadınlarının geyim stili” olacaqdır. Sərgi oktyabr ayının 10-dan yanvarın 19-na kimi fəaliyyət göstərəcəkdir.
Avstraliya "Mühacirət" muzeyinin müdiri bildirmişdir ki, bu sərgidə nümayiş etdiriləcək geyim formaları müsəlman modelyer qadınlar tərəfindən hazırlanan İslami geyim normalarına uyğun geyimlər kompleksi olacaqdır.
Müsəlmanlar Avstraliyada 200 ildən artıqdır ki, yaşayırlar, onlar bu ölkənin 20 milyonluq əhalisinin 1.7%-ni təşkl edirlər.
İslam xristianlıqdan sonra Avstraliyada ikinci böyük din hesab edilir.
1295061
Ad:
E-poçt:
* Comment:
* captcha: