IQNA

İmam Musa Sədrin işinin araşdırılması milli məsələdir / Səudiyyə Ərəbistanı Suriya probleminin siyasi həllini əngəlləyir

15:53 - October 29, 2013
Xəbər sayı: 2610108
Beynəlxalq qrup: Seyid Həsən Nəsrullah – Livan Hizbullah Hərəkatının Baş Katibi, İmam Musa Sədrin qətli ilə bağlı işin araşdırılmasının milli bir məsələ olduğunu vurğulayaraq Livanın Ali Baş Məhkəməsindən bu işin tam ciddiyətlə izlənilməsini tələb etdi və bu barədə İran İslam Respublikasına da ismarışların göndərildiyini xəbər verdi.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Əl-Mənar" saytına istinadən verdiyi xəbərə görə Seyid Həsən Nəsrullah – Livan Hizbullah Hərəkatının Baş Katibi, dünən (28 oktyabr) "Ər-Rəsulul-Əəzəm (s) Xəstəxanası"nın təsisinin 25-ci ildönümü münasibətilə "İmam Məhdi (ə.f)" Ali Dini Mədrəsəsinin toplantı salonunda keçirilən mərasimdə bu xəstəxanın "Müqavimət Hərəkatı" üçün qiymətli işlər gördüyünü bildirdi və çıxışı zamanı İmam Musa Sədrin qətli ilə bağlı işin araşdırılmasının milli bir məsələ olduğunu vurğulayaraq Livanın Ali Baş Məhkəməsindən bu işin tam ciddiyətlə izlənilməsini tələb etdi və bu barədə İran İslam Respublikasına da ismarışların göndərildiyini xəbər verdi.
O, çıxışında bu yaxınlarda sərbəst buraxılan livanlı əsirlərin azad olamaları münasibətilə ailələrini təbrik edərək, digər əsirlərin də azad olması üçün əllərindən gələni etdiklərini bildirib.
Seyid Həsən Nəsrullah deyib: “Biz vətəndaşlarımıza hörmət edir və onların hüquqlarını müdafiə edirik. Bu səbəbdən insaniyyətimiz bu əsirlərin də işi ilə maraqlanmağımızı tələb edir. Hazırda İsrail zindanlarında 17 min əsir var ki, onların 4-ü İran diplomatıdır. Onların azad olması üçün ciddi işlər görülməlidir.”
O, neçə illər öncə oğurlanmış imam Musa Sədrin də aqibəti ilə bağlı ətraflı işlər görüləcəyini diqqətə çatdıraraq bildirib: “Biz burda elə bir şəxsdən danışırıq ki, ölkəmizdə zülmü və fəqirliyi aradan apardı. Onun məsələsi və aqibəti bir qrupa, ya ölkəyə deyil, ümmətə və insaniyyətə xas olan məsələdir. Bu şəxsiyyətin aqibəti ilə bağlı yalnız Livan dövləti deyil, bütün xalq maraqlanmalıdır.”

Suriya məsələsinə də toxunan Seyid Həsən Nəsrullah hazırda bütün hadisələrin dövlətin xeyrinə olduğunu qeyd edərək bildirib: “Bu ölkədəki hadisələrin Livana böyük təsiri var. Livanda Əsədin devrilməsini istəyən bir çox qüvvələr var ki, ölkədə qarşıdurma yaratmaq üçün fürsət axtarırlar.
Suriyada silahlı savaş dövlətin xeyrinə, terorçuların isə əleyhinə doğru getməkdədir. Hamı bunu yaxşı bilir ki, Suriya böhranını silahlı yolla həll etmək mümkün deyil. Hamı müzakirə edək deyir, lakin hərə müzakirə üçün bir şərt qoyur, bu da onların bu işi həqiqətən istəmədiklərini göstərir.
“Cenevrə 2” müzakirələrindən bir çoxları narahat olub. Onlardan biri Səud rejimidir. Bu rejimin Suriya müxaliflərinə külli miqdarda yardım etməsi heç kimə gizlin deyil. Onlar Əsədi devirmək üçün əllərindən gələni etsələr də istdikləri nəticəni almadılar. Suriya xalqının halına can yandıran hər bir dövlət bu böhranın müzakirə yolu ilə həllinə mane olan rejimləri qınamalı və onlarla mübarizə aparmalıdırlar. Bu müzakirənin tərəfdarı olan hər bir dövlətə aiddir.”
O, sonda Livanın daxili məsələsinə də toxunaraq eyib: “Biz ölkəmizin hər bir bölgəsində insan haqları təşkilatlarının olmasının tərəfdarıyıq. Çünki bu gün ölkədə radikal qruplaşmalar tərəfindən yalnız xristianlar deyil, bütün əhali təhdid olunur. Sünnilər şiələrdən öncə, müsəlmalar da xristianlardan öncə bu təhdidlə üzləşəcəklər. Bu səbəbdən biz ölkədəki vəziyyətə ağılla əl qoyaraq onu nicat sahillərinə doğru çıxarmalıyıq.”
1309265
captcha