IQNA

Kərbəla ziyarətçiləri "Hicab Müdafiəsi Məhbusları"nı himayə etdilər

23:25 - December 15, 2014
Xəbər sayı: 2618816
Xarici şöbə: Azərbaycan respublikasından İraqa Kərbəla ziyarətinə yollanan zairlər "Ərbəin" ziyarətinə piyada gedərkən əllərində "Hicab Müdafiəsi Məhbusları"nın şəkillərini tuturaq onları himayə etdiklərini elan ediblər.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Azərbaycan KİV-lərinə istinadən verdiyi xəbərə görə Kərbəla zəvvarları əllərində hicab məhbuslarının rəsmləri, şəkilləri, şüarları olan lövhələri qaldıraraq Kərbəla ziyarətini yerinə yetiriblər. Hicab Müdafiəsi üçün həbsdə zindan həyatı yaşayan İmam Hüseyn (ə) aşiqlərinin səsi Kərbəla zəvvarlaına çatdırılıb.



Artıq onlarla zəvvar əllərində hicab məhbuslarının lövhələrini dalğalandırır və neçə gündür ki, hicab məhbuslarının şüarları və şəkilləri olan lövhələr Kərbəla torpağındadır.



Zəvvarlar ziyarətə gələn bütün müsəlmanların bu şəxsləri tanıması üçün lövhələr qaldırıblar. Xüsusən, gənclərin əllərində qaldırılan lövhələrdə hicab məhbusları olan Hacı Abgül Süleymanov, Hacı Tale Bağırov, Seyyid Fəramiz Abbasov, Hacı Mövsüm Səmədov, Araz Quliyev və Nicat Əliyevin rəsmləri həkk olunub. Azərbaycan bayrağı ilə yanaşı, üzərində azərbaycanca "Vicdan Məhbuslarına Azadlıq!" və ingiliscə "Prisoners of Consciense, Freedom" sözləri yazılmış lövhələr hazırda Kərbəla torpağında dalğalanmaqdadır.



İmam Hüseynin (ə) "Ərbəin" ziyarətinə piyada gedən zəvvarlar əllərində "Hicab Müdafiəsi Məhbusları"nın şəkillərini tuturaq onları himayə etdiklərini elan ediblər.



2618597







Teqlər: kərbəla ، mövsüm ، abgül ، hicab ، taleh
captcha