İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “A24.az” -a istinadən verdiyi xəbərə görə, pakistanlı 58 yaşındakı iş adamı Parvez Henri Qill Kəraçidə 14 mərtəbəli ev hündürlüyündə Asiyanın ən böyük xaçını inşa etdirir.
İnşaatda 100 müsəlman işçinin aldadılaraq işlədildiyi ortaya çıxıb. Müsəlman işçilər inşaa etdikləri tikilinin bir xaç olduğunu görəndə işi dayandırıblar.
Qill xaçın tikintisi üçün Kəraçi şəhərinin xristian qəbiristanlığının girişini seçib. İnşaatda çalışan 100 müsəlman işçilər işi tərk edib. Ancaq xaç inşasına yerli xristianlar köməyə gəliblər və inşaatın gözləniləndən əvvəl tamamlanacağı ehtimal olunur.