IQNA

Çirkli suların içilməsi bu ölkədə xəstəliklərə yoluxmanı artırıb

11:45 - May 27, 2015
Xəbər sayı: 3308388
Tehran(İQNA)- Səudiyyənin hücumlarından sonra Yəməndə 16 milyon əhali təmiz su tapa bilmir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) interaztv-ə istinadla verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Yardım təşkilatı Ofxam məlumat verib.


Mənbə təmiz içməli suyu olmayan bu əhalinin ölkə vətəndaşlarının üçdə iki hissəsini təşkil etdiyini bəyan edib. Təşkilatın məlumatına görə, çirkli suların içilməsi bu ölkədə xəstəliklərə yoluxmanı artırıb.


Qeyd edək ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya 62 gündür ki, Yəməndə legitimliyi qorumaq bəhanəsilə bu ölkəyə intensiv hücumlar təşkil edir.

Teqlər: yəmən ، çirkli ، su ، xəstəlik ، səudiyyə
captcha