İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, Filmdə Hz. İmam Hüseynin (ə) ölümsüz dastanı olan Kərbəla qiyamına təkan verən faktorlar və şəhadətə uzanan yoldan bəhs edilir.
Filmin adı "Ruz-i Rastakhiz"dır (Qiyamət Günü). Filmin fraqmentləri və vizual səhnələri, istehsalın böyüklüyündən xəbər verir. Ərəb ölkələrində "əl-Qurban" adı ilə ekranlara yansıyan filmin rejissoru Əhməd Rza Dərvişdir. Otuz İkinci "əl-Fəcr" Film Festivalında "Kristal Simorgh" mükafatına 11 ayrı nominasiyada namizəd olan bu film, ən yaxşı qadın oyunçu, ən yaxşı rejissor işi və başqa 6 ayrı nominasiyada qalib oldu.