IQNA

Küveytdə məsciddə törədilən terror aktında əli olmaqda şübhəli bilinən şəxslər saxlanılıb

13:54 - June 28, 2015
Xəbər sayı: 3320529
Tehran(İQNA)- Küveyt hökuməti məsciddə terror aktı təşkilində əli olmaqda şübhəli bilinən bir neçə nəfəri saxlayıb. Hadisə nəticəsində son məlumatlara əsasən, 27 nəfər ölüb.

Benəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İnterAz-a istinadla verdiyi xəbərə görə, “Terrorçu-kamikadze ilə əlbir olmaqda şübhəli bilinən bir çox şəxs həbs edilib”, - deyə hüquq mühafizə orqanlarındakı mənbə məlumat verib.

İmam Sadiq (ə) məscidində terror aktı dünən cümə namazı zamanı törədilib. Kamikadze içəri daxil olaraq partlayıcı qurğunu işə salıb. Nəticədə divarlar və tavan dağılıb. 200-dən çox insan yaralanıb. Terror aktına görə məsuliyyəti üzərinə “İŞİD” terror təşkilatı götürüb. Ölkə baş naziri şeyx Caber Əl-Mübarak Əl-Sabah terror aktını ölkənin milli birliyinə qəsd adlandırıb.

captcha