IQNA

Bəşşar Əsəd:

Suriya böhranın əsas amili xaricilərin daxili işlərimizə qarışmasıdır

18:58 - August 27, 2015
Xəbər sayı: 3353169
İQNA - (Tehran): Bəşşar Əsəd – Suriya cümhuriyyətinin prezidenti, Suriya böhranının əsas amili kimi və böhranın həllinin gecikməsini xaricilərin dövlətinin daxili işlərinə qarışmasını göstərdi. Və bildirdi ki, xaricdən dəxalətlər dayanmazsa, böhranın həlli də öz son mərhələsinə çatmayacaqdır.


IQNA - nın "SANA"ya istinadən verdiyi xəbərə görə, Bəşşar Əsəd – Suriya cümhuriyyətinin prezidenti, Livanın "əl – mənar" peyk TV kanalı ilə müsahibəsində dedi ki, Suriya böhranının əsas amili və böhranın həllinin gecikməsinin əsas səbəbi xarici qüvvələrin Suriya dövlətinin daxili işlərinə qarışmasıdır. Və bildirdi ki, xaricdən olan bütün dəxalətlər dayanmazsa, böhranın həlli də öz son mərhələsinə çatmayacaqdır.



O dedi: İndiyədək danışıqları uğurla qurtarmaq və suriyalı siyasi partiyalar ilə danışaraq böhranın siyasi həll yolunu tapmaq üçün münasib mühit və zəruri amillər olmamışdır. Terrorizmi dəstəkləyən ölkələr həmişə danışıqlar üçün elə adamları və rəqibləri göndərir və danışıqlara təhmil edir və yükləyirlər ki, onlar Suriya millətinin nümayəndəsi deyildirlər.



Bəşər Əsəd  müsahibəsində qeyd edib ki, Suriya xalqının qələbəyə inamı olmasaydı, 4 ildən artıq terrorçularla mübarizə aparmazdı və xalq ordunu və hakimiyyəti dəstəkləməsəydi, terrorçulara bu qədər uzun müddət müqavimət göstərilməzdi. 



ABŞ terrorun bitməsini istəmir Terrorçu qrupları İsrail rejimi ilə əlaqəli olmaqda günahlandıran Əsəd Suriyadakı terrorçuların öz mənafeləri üçün İsrail rejimi ilə əməkdaşlıq içində olduqlarını və sionist İsrailin Suriyaya hücum etməsini məmnuniyyətlə qarşıladıqlarını deyib. Suriyadakı siyasi böhranın həllinin hələ mümkün olmadığını, bunun səbəbinin beynəlxalq güclərin məsələyə qarışması olduğunu söyləyən Əsəd ABŞ rəhbərliyinin terrorun qələbə qazanmasını istəmədiyini, lakin eyni zamanda regionda sabitliyin təmin olunmasına imkan yaradacaq səviyyədə zəifləməsini də istəmədiyini bildirib.



Bəşşar Əsəd vurğuladı: Amerika öz gələcək mənafeyi üçün də olsa, bölgədə terroristlərin qələbə çalmasını və güclənməsini istəmir, digər tərəfdən də tam zəifləməsini istəmir ki, regionda sabitlik yaranmasın. Bəlkə terrorçuların vasitəsilə regionda siyasi hərc-mərclik yaradaraq və region ölkələrini zəiflədərək kontrolu əlində saxlamaq istəyir.  



Böhranın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çox sayda xəyalları olan oyuncaq olduğunu sübut etdiyini iddia edən Əsəd, bu xəyallarının sonuncusunun da Suriya torpaqlarında "bufer zona" yaratmaq xülyası olduğunu söyləyib.  Xalqı təmsil etməyənlərlə dialoq mümkün deyil Suriyada həllin bir sıra oxlardan ibarət olduğuna işarə edən Əsəd bu oxlardan birinin də terrorla mübarizə olduğunu bildirib. Əsəd böhranın əvvəlində səbəbin siyasi olduğunun iddia edildiyini söyləyərkən bunun doğru olmadığını bilməsinə baxmayaraq, dövlətin bu istiqamətdə bir sıra addım atdığını xatırladıb. Əsəd dövlətin bu istiqamətdə konstitusiyanı dəyişdirməkdən iqtisadi islahatlara qədər bir sıra addımlar atdığını, ancaq hər dəfə yeni iddiaların irəli sürüdüyünü söyləyib. İndi isə həll üçün siyasi qüvvələrlə dialoqun vacibliyinin önə sürüldüyünü qeyd edən Əsəd Suriyanın bunu da qəbul etdiyini deyib. Bəşər Əsəd Suriya hökumətinin ölkə xalqını təmsil edən qüvvələrlər dialoqa gedəcəyini bildirərək, xalqı təmsil etməyənlərlə dialoqun qeyri-mümkünlüyünü qeyd edib.



Əsəd dedi: Bu böhran sübut etdi ki, Ərdoğan çoxlu arzuları olan bir gəlincikdir, arzularından biri də regionda "bufer zona" yaranmasıdır ki, istəyirdi bunu Amerikanın əli ilə həyata keçirtsin.



Bəşşar Rusiya barədə dedi: Rusiya dövləti Suriya ilə bağlı konkret üsul və prinsiplərə malikdir, Moskva fərddən deyil, bəlkə öz müşəxxəs və müəyyən prinsip və maraqları əsasında hərəkət edir ki, bunlardan biri də hökuməti və Suriya millətinin qərarını himayə etməkdir. Biz Rusiyaya tam inanırıq, onlar sədaqətlərini isbat ediblər və həmişə Moskva və Dəməşq arasında möhkəm dostluq olub.

Teqlər: türkiyə ، suriya ، abş ، əsəd ، Ərdoğan
captcha