İQNA’nın İslamzeri.az-a istinadən verdiyi məlumata görə, "Guardian" qəzeti yayımladığı bir məqalədə İngiltərənin bir tərəfdən Yəmənə humanitar yardım göndərdiyi təqdirdə, digər tərəfdən Səud rejimini silahla təmin etdiyini qeyd edib.
Qəzet ABŞ-ın böyük cinayətlərə yol açdığını bilə-bilə Səud rejiminə yardımları davam etdirməsini xüsusi olaraq vurğulayıb. "Guardian" qəzetinin açıqlamasına görə, İngiltərə hökuməti Yəmən müharibəsi başlayandan bəri 37 növ silah və hərbi təchizatın ixrac edilməsinə icazə vermiş, amma bu barədə parlamentdə heç bir söz söyləməmişdir.