IQNA

Federica Mogherini:
19:18 - November 07, 2015
Xəbər sayı: 3444453
Beynəlxalq şöbə: Xanım Federica Mogherini – Avropa Birliyinin (AB) xarici siyasət üzrə rəisi, cari ayın 3-də Qahirədə çıxışı zamanı vurğuladı: Quran-Kərimin buyurduğuna əsasən bütün insanlar hüquq baxımından bərabərdirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Misr çapı olan "əl – yəvm əs – sabe" qəzetinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Xanım Federica Mogherini – Avropa Birliyinin (AB) xarici siyasət üzrə rəisi, Qahirə Universitetinin mərkəzi kitabxanasında "Avropa və Ərəb cavanları" ünvanı ilə söylədiyi mühazirədə vurğuladı: Tarixin dünənin və bu günündə bizim bir – birimizlə müştərək həmkarlıq və həmrəylik üçüb çoxlu dəlillərimiz vardır. Quran-Kərimin buyurduğuna əsasən bütün insanlar hüquq baxımından bərabərdirlər. Bizim tariximiz müştərəkdir və bir - birinə qatışmışdır.
Xanım Federica Mogherini – Avropa Birliyinin (AB) xarici siyasət üzrə rəisi, əlavə etdi: Quran – Kərimin vəsf etdiyi kmi bütün insanlar bir-birilə bərabər hüquqlara malikdirlər, bizim gələcəkdə sülh və rifahda yaşamağımız üçün proqramlarımız var ki, mümkündür gələcəkdə bu planları sizinlə də bölüşək.
Avropa Birliyinin (AB) xarici siyasət üzrə rəisi vurğuladı: Avropa və Ərəb dünyasının müştərək maraqları və mənfaeləri vardır. Və biz istəyirik ki, terrorizmi sona yetirək və qorxusuz bir həyatı insanlara bəxş edək və bizim hədəflərimiz birdir, hədəflərimiz salamatlıq, sağlamlıq, təhlükəsizlikdir. Bizi bir ətrafda birləşdirən bizim nigaranlıqlarımız və arzularımızdır.
3443476

Teqlər: quran ، qahirə ، avropa ، din ، ərəb
Ad:
E-poçt:
* Comment:
* captcha: