IQNA

1:43 - November 08, 2015
Xəbər sayı: 3444472
Beynəlxalq şöbə: Ərəbistanın baş müftisi Əbdül-Əziz Ali-Şeyx ki, indiyədək fətvalar verərək insanları İŞİD-in himayəsinə dəvət edirdi, İŞİD barədə fətvasını 180 dərəcə fırladaraq İŞİD-lə mübarizəni Allah yolunda ən böyük cihad elan edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" informasiya portalına istinadla verdiyi xəbərə görə, Ərəbistanın Suriya və İraqda İŞİD adlı terrorizmdən himayə etməsinin ardınca Ərəbistanın baş müftisi Əbdüləziz Al-Şeyx ki, indiyədək fətvalar verərək insanları İŞİD-in himayəsinə dəvət edirdi, dünən Riyazda "Türki bin Abdullah" məscidində keçirilən "İŞİD təhlükəsi və onunla mübarizə yolları" adlı bir toplantıdakı çıxışında İŞİD barədə fətvasını 180 dərəcə fırladaraq İŞİD-lə mübarizəni Allah yolunda ən böyük cihad elan edib. O dedi: İslam bir şeydir, İŞİD isə tam başqa bir şeydir və İslamla fərqi vardır.
O deyib: İŞİD terror qruplaşmasının öndə tutduğu yol və qaydalar nə İslami mirasdır və nə də tarix boyunca İslamda yaranmış dəstələr arasında tanınmış bir şey deyildir. Onlar təkcə yer üzündə fəsad edənlər və xəvaric təbəqəsində yerləşdirilə bilərlər.
Əbdüləziz Al-Şeyx dedi: İslam bir şeydir və İŞİD-in vəziyyəti başqa bir şeydir, onlar cinayətkar dəstədirlər və İslam ümmətinə zərbə vurmaq üçün yaradılıblar, fəsad üçün yaradılıblar, müsəlmanları öldürməklə öz qüdrətlərini çoxaltmaq və küfrü xilas etmək üçün gəliblər.
Ərəbistanın baş müftisi Əbdüləziz Al-Şeyx dedi: Onlar İraq və Şamda çox pis əxlaqsızlıqlar edirlər, İslamdan uzaqdırlar. Onlar dövlət deyildirlər, terrorist dəstədirlər, cinayətkardırlar.
Qeyd edək ki, bu çıxışı edən vəhabi müftisi özünün kimliyini unutmuşdu, sanki özünün şiə müsəlmanların qətli barədə verdiyi fətvaları yadından çıxıb, özünün terror şeyxi İbn Əbdülvəhaba və İbn Teymiyyəyə dəvəti yadından çıxıb.
3444047

Teqlər: işid ، ərəbistan ، müfti ، al ، səud
Ad:
E-poçt:
* Comment:
* captcha: