IQNA

22:32 - November 10, 2015
Xəbər sayı: 3446870
Beynəlxalq şöbə: Cübran Basil – Livanın Xarici İşlər Naziri, Ərəb Birliyinin Xarici İşlər Nazirlərinin Fələstin məsələlərinin müzakiərsi üçün keçirdiyi fövqəladə iclasda İsrail bayrağının Əqsa məscidində asılmağına etiraz edərək bunun qarşısının alınmasının zəruriliyini vurğuladı.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "beyrut press" informasiya portalına istinadla verdiyi xəbərə görə, Ərəb Birliyinin Xarici İşlər Nazirlərinin Fələstin məsələlərinin müzakiərsi üçün Ərəbistanın paytaxtı Riyazda Şeyx Abdullah bin Zayid Ali-Nəhyanın (BƏƏ-nin xarici işlər naziri) başçılığı ilə keçirdiyi fövqəladə iclasda İsrail rejiminin Fələstinin işğal olunmuş torpaqlarda törətdiyi cinayətlər məhkum olundu.   



Dünən keçirilən bu iclasda Livanın xarici işlər naziri ərəb ölkələrinin birliyinin zəruriliyini vurğulayıb.



Livanın xarici işlər naziri Cubran Basil "İsrail rejimi bayrağının Məsciduləqsa üzərində dalğalanmasına icazə verməməliyik" deyərək, vurğulayıb: Terrorizm bəlası, xüsusən İsrail rejiminin dövlət və mütəşəkkil terrorizmi ilə qarşılaşmaq üçün ərəb ölkələrinin birliyinə ehtiyac duyuruq.



IRNA-nın məlumatına görə, Basil Ərriyad-da Ərəb Liqası ölkələrinin xarici işlər nazirlərinin fövqəladə iclasında əlavə edib: Bütün fələstinli didərginlər və mühacirlərin özlərinin əsil ölkələrinə geri dönmələri və müvəqqəti surətdə yaşadıqları ölkələrdə onlar üçün alternativ vətənin yaradılması fitnəsinə son qoyulması Livanın vurğuladığı məsələdir.



Basil Fələstin bayrağının BMT-də dalğalanması üçün ölkələrin Nyu-Yorkdakı müqavimətini vəhdətdən uğurlu bir nümunə adlandırıb və belə deyib: Bu gün həm öz vəhdətimizlə İsrail rejimi bayrağının Məsciduləqsa üzərində dalğalanmasına mane olmalı, həm də terrorizmin ərəb ölkələrində yayılmasının qarşısını almalıyıq.



Livanın xarici işlər naziri əlavə edib: Fələstinliləri dəstəkləməli və onlara Fələstin ölkəsinin təşkili üçün ümidvarlıq verməliyik, nəinki onları zorakılıq və məyusluqla dolu, qaranlıq siyasi üfüq qarşısında tək qoymuş olaq.



3446618



 

Teqlər: livan ، fələstin ، israil ، bəə ، ərəb
Ad:
E-poçt:
* Comment:
* captcha: