IQNA

Görüş vədəsi Cümə günü;

Parisin "böyük məscid"i müsəlmanları Cümə günü məscidin önünə toplaşmağa dəvət etdi

13:46 - November 19, 2015
Xəbər sayı: 3454541
Beynəlxalq şöbə: Fransanın paytaxtı Paris şəhərindən qanlı Cümə olayı və terrorist hücumunun ardınca Parisin böyük məscid icması müsəlmanları Cümə günü Zöhr namazından sonra saat 2 – də böyük məscidin önünə toplaşmağa dəvət etdi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-misriyyun" qəzetinə və "bəvvabə əl – fəcr" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Fransanın paytaxtı Paris şəhərindən qanlı Cümə olayı və terrorist hücumunun ardınca Parisin böyük məscid icması cari həftənin 2-ci günü (17 noyabr 2015) şəhərin bütün müsəlman vətəndaşlarını Cümə günü Zöhr namazından sonra saat 2-də böyük məscidin önünə toplaşmağa dəvət etdi ki, bununlar terror hadisəsinin qurbanlarına və vətəndaşlıq dəyərlərinə öz sayqı və ehtiramlarını bildirmiş olsunlar.



Parisin böyük məscidi yaydığı elaniyyədə yazdı: "Nə terrorizm və nə də hər şeyi qatışdırmaq" və biz terror hadisəsindən sonra bu addımı ataraq bildirmək istəyirik deyək ki, biz müsəlmanlar radikal və ifratçı İŞİD-çiləri özümüzdən bilmirik və onlara heç bir qatışacağımız yoxdur! Biz bu addımlar ictimaiyyətdə insanlar arasında uçurum yaratmaq istəyən fitnəçilərə layiqli cavab verəcəyik. Biz bütün Cümə imamlarından istəyirik ki, namazların xütbələrində terror hadisələrini sərt və kəskin şəkildə tənqid və məhkum etsinlər.  



Məhəmməd əl-Bəşari (FNMF = Fransa Müsəlmanları Milli Federasiyasının rəsi) bu mövzuya işarə edərək dedi: Avropada baş verən hər terrordan sonra müsəlmanlarla irqçilərin nifrət və düşmənçiliyi ilə üzləşirlər. Avropa müsəlmanları İslamın həqiqi simasını korlayan terroçuların mənfur əməllərinin qurbanıdırlar.



Qeyd edək ki, Parisdəki terror hadisələrində 150 nəfər öldürülmüşdür. Hadisədə 2 yüz nəfərdən çox yaralı olmuşdur ki, onlardan da 80 nəfərinin vəziyyəti ağır olaraq qalır.



3454490



3454354



 

Teqlər: paris ، fransa ، terror ، İŞİd
captcha