IQNA

Azərbaycanda bütün məscidlərə kamera quraşdırılacaqdır

23:44 - December 07, 2015
Xəbər sayı: 3460941
Xarici şöbə: Azərbaycan respublikasının Dini İşlər Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ölkənin bütün məscidlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün kameralar quraşdırılacaqdır.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "qafqaz mədəniyyət mərkəzi"nin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Azərbaycan respublikasının Dini İşlər Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ölkənin bəzi məscidlərində radikallar tərəfindən ruhanilər təzyiqlər olunduğu nəzərə alaraq təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün bütün məscidlərə kameralar quraşdırılacaqdır.



M.Qurbanlı qeyd edib ki, məscidlərdə minbəri və mikrofonı heç bir vəchlə heç kimə vermək olmaz: "Məscidə gələn şəxs burada yalnız namaz qıla bilər. O, moizə oxuya bilməz, qanun da buna icazə vermir. Kim olursa-olsun, əgər kimsə gəlib məsciddə hegemonluq edibsə, deməli, axund zəiflik nümayiş etdirib".



O bildirib ki, əgər hansısa qrup və ya şəxslər məscidə gələrək belə hallara yol verirlərsə, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilməlidir.



Qeyd edək ki, Azərbaycanda radikal və ifratçı vəhabilər mövcuddur, onlar əsasən ölkənin paytaxtında, böyük şəhərlərində və şimal rayonlarında fəaliyyət göstərirlər.



3460575

Teqlər: azərbaycan ، məscid ، radikal ، vəhabi
captcha