IQNA

9:31 - January 02, 2016
Xəbər sayı: 3480002
Terrorizm;

İslami ölkələrin parlamentlərinin Bağdaddakı iclasının əsas mövzusu

Tehran, 2 Yanvar 2016 - İslami Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrinin parlamentlərin 11-ci iclası gələn il Bağdadda keçirilcək və terrorizm məsələsi bu iclasın əsas müzakirə obyekti olacaqdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İİNA" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İslami Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin parlamentlərinin 11-ci iclası İraqın paytaxtı Bağdadda keçiriləcək və terrorizm məsələsi bu iclasın əsas müzakirə obyektidir.

İraqın paytaxtı Bağdad İslami Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrinin parlamentlərinin 11-ci iclasına ev sahibliyi edəcək. Bu iclas 2016-cı il Yanvar ayının 20-dən 25-dək keçiriləcəkdir.

İraq parlamenti İslami Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən 53 ölkənin parlamentinə bu iclasda iştirak etmək üçün dəvətnamə göndərib.

Abbas Bəyati (İraq milli məclisinin xarici əlaqələr komitəsinin üzvü) bu barədə dedi: Region porblemləri və terrorizm məsələsi bu iclasın əsas müzakirə obyekti olacaqdır. İclasda iştirak edənlər terrorizmlə mübarizə təcrübələrini mübadilə edəcəklər.

Siyasi icmalçı Vasiq Haşin bu iclasla bağlı dedi: Bu iclas İraq üçün öz sözünü deməyə bir fürsət yaradacaqdır.

İslami Parlamentlər Birliyi İslami Əməkdaşlıq Təşkilatının tərkibində olan dövlətlərin təşkilatıdır ki, 1999-cu ildə İranın paytaxtı Tehranda təsis edilmişdir.

Bu təşkilatın 10-cu iclası keçən il Türkiyədə keçirilmişdi.

captcha