IQNA

Misr şiələrinin rəhbəri xəbərdarlıq etdi:

Misrdə və regionda firqəçilik və məzhəbçilik savaşı alovlanmaqdadır!

11:32 - January 04, 2016
Xəbər sayı: 3480028
Tehran, 4 Yanvar 2016 - Misrli şiələrin dini lideri Əhməd Rasim ən-Nəfis səudiyyəli şiə ruhanisi şəhid Ayətullah Şeyx Nimr Baqir Nimrin şəhadətinin ardınca regionda firqəçilik və məzhəbçilik savaşının alovlanması barədə xəbərdarlıq etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliiyi) "əl-yəvm-əs-sabe" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, misrli şiələrin dini lider və rəhbərləri elan etdilər: Səudiyyəli şiə ruhanisi şəhid Ayətullah Şeyx Nimr Baqir Nimrin şəhadətinin ardınca regionda firqəçilik və məzhəbçilik savaşı alovlanmaqdadır və regionda qarşıdurmaların baş verməsinə gətirib çıxaracaqdır.

Elə bu yöndə, Misrli şiələrin dini liderlərindən biri olan alim və mütəfəkkir Əhməd Rasim ən-Nəfis səudiyyəli şiə ruhanisi şəhid Ayətullah Şeyx Nimr Baqir Nimrin şəhadətinin ardınca regionda firqəçilik və məzhəbçilik savaşının alovlanması barədə xəbərdarlıq edərək dedi: Ərəbistanın tanınmış şiə ruhanisi Ayətullah Şeyx Nimr Baqir ən-Nimrin zalimcəsinə edam olunması regionu qaçılmaz bir müharibəyə sövq edir ki, bu savaşın axırını təsəvvür belə etmək olmur.

Misrli şiələrin dini liderlərindən biri olan alim və mütəfəkkir Əhməd Rasim ən-Nəfis səudiyyəli şiə ruhanisi şəhid Ayətullah Şeyx Nimr Baqir Nimrin şəhadətinin onun əqidə və fikrlərinin yayılmasına səbəb olacağını vurğulayaraq dedi: Bu nüfuzlu şiə ruhanisini edam etmək region üçün ağır nəticələrə səbəb olacaqdır.

3464068

Misirin digər bir şiə lideri Salim Əs-Səbbağ regionda məzhəbi savaşının davam etməsi barədə xəbərdalrıq edərək dedi: Ayətullah Şeyx Nimr Baqir Nimrin edamı Bəhreyn və Suriyada böhranların davam etməsinə səbəb olacaqdır.

O dedi: Ərəbistan bu cinayətə elə bir zamanda əl atdı ki, Suriya böhranı öz sonuna doğru addımlar atmaqda idi və Yəməndə ümumi atəşkəs elan olunmuşdu. Amma bu cinayət region ölkələri arasında müharibə və böhranı şiddətləşdirəcəkdir.

İmad Yusif Qəndil (misrli şiələrin liderlərindən biri) dedi: Ayətullah Şeyx Nimr Baqir Nimrin edamı şiə və sünni arasında təfriqə alovunu şiddətləndirmək məqsədi daşıyırdı. Şeyx Nimr heç bir cinayət törətmədiyi halda edam edildi.

captcha