IQNA-nın İslamazeri.a istinadən verdiyi xəbərə əsasən,"İslam alimlər birliyi" hərəkatının üzvləri Nigeriya rejiminin hücumuna məruz qalan Şeyx Zəkzakilə görüşüblər.
Bu barədə hərəkatın üzvlərindən olan Həsəb Bala xəbər verib.
O Şeyx Zəkzaki və ailəsinin vəziyyətinin yaxşı olduğunu bildirərək deyib: "Onlar
hazırda mualicə alırlar. Hərəkatın üzvlərindən bəziləri onunla görüşə nail
olublar. Bu günədək ailəsi onunla görüşə bilməsə də, yaxın günlərdə bu
qadağanın ləğv olunması gözlənilir.".
"İslam alimlər birliyi" hərəkatının üzvü Həsəb Bala Nigeriya rejiminin hücumu zamanı həyatını itirənlərlə bağlı da danışaraq "2 minə yaxın şəhidimizdən əlavə 700 nəfər Əhlibeyt tərəfdarı də itkin düşüb və onlar barədə heç bir məlumat əldə edə bilməmişik. Xalq Şeyxin sərbəst buraxılmasını tələb etməyə davam edir. Bununla bağlı hər gün etiraz aksiyası keçirilməkdədir. Ordu son hadisələrdən təşvişə düşüb və Əhlibeyt tərəfdarlarına qarşı zorakı addımlarına hələki son qoyub."deyə danışıb