Tehran, 29.01.2016 – Səudiyyə Ərəbistanının şərq hissəsində, Əhli-beyt (ə) davamçılarının sıx yaşadığı Ahsa bölgəsində terrorçuların Cümə namazı qılınan məscidə hücumu olub.
IQNA-nın
İslamazeri.az-a istinadən verdiyi
xəbərə görə, məscidə hücum edən terrorçular əllərindəki silahlarla
insanlara atəş açıb. Nəticədə 3 nəfər şəhid olub.
Şahidlərin bildirdiyinə görə, hücum zamanı 10-dan çox insan xəsarət alıb. Terrorçular bir qumbaranı məscidin həyətində partladıb, burada da xəsarət alanlar olub.
Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri əynində kamikadze jileti olan terrorçuları zərərsizləşdirə bilib.