IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.az-a istinadla xəbər verir ki, Yəmən ordusu və xalq komitə üzvləri Əl-Cuf əyalətinin Beyr-ul-Məraziq bölgəsində Səudiyyə muzdlularının yolunda pusqu qurub. Bu əməliyyat zamanı da bir neçə muzdlu həlak olub, bir neçə tank məhv edilib.
Məlumata görə, Səudiyyə qırıcıları 4 dəfə Yəmənin Səna əyalətində müxtəlif bölgələri bombalayıb.
Məlumatda həmçinin bildirlir ki, bir neçə Somalyalı muzdlu Yəmən ordusu tərəfindən əsir götürülüb.