IQNA

Araşdırmalar göstərir ki:

"Nyu-York Times"ın islamofob başlıqları kəskin şəkildə artıb

0:27 - March 02, 2016
Xəbər sayı: 3480243
Tehran, 02.03.2016 – Araşdırmalar göstərir ki, "Nyu-York Times"ın islamofob başlıqları kəskin şəkildə artıb. Bu başlıqları görən insanın zehnində bir dəstənin suçu bütün müsəlmanların adına yazılır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "alternet" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Üseyd Siddiqi adlı siyasi-ictimai müşahidəçinin son araşdırmaların nəticələri göstərir ki, "Nyu-York Times" qəzetinin müsəlmanlar əleyhinə və islamofob başlıqları kəskin şəkildə artıb. Belə ki, bu başlıqları oxuyan adi insanın zehnində kiçik bir qruplaşmanın cinayəti bütün müsəlmanların adına yazılır.

Üseyd Siddiqi deyir: Mən bu araşdırmaları başladığım zaman ilk rastlaşdığım mövzu bu qəzetin İslamı və müsəlmanları pis və mənfur şəkildə insanlara çatdırmağa çalışması oldu. Əlbəttə bu məni o qədər də təəccübləndirmədi. Məni təəccübləndirən bu oldu ki, bu qəzetə İslam və xərçəng xəstəliyi müqayisə olunmuş və xərçəngin İslama nisbət zərərinin az olduğu vurğulanmışdı...

O əlavə etdi: Araşdırmalar zamanı bu qəzetin 57% başlıqlarını İslam və müsəlmanlar təşkil edir və mənfi obraz kimi göstərilirdilər. Amma xərçəng və narkomaniya kimi ümumi bəlalar 34% və 47 % başlıqları təşkil edirdirlər. Həmçinin məsihilik və yəhudilik barədə verilən xəbərlər bu qəzetdə 34-dən 37%-dək başlıqları təşkil edirdi ki, İslam bu iki dindən də 20% daha mənfi göstərirlirdi.

Siddiqi dedi: Qəzet bu il keçən il ilə müqayisədə müsəlmanlara aid xəbərləri 1000 dəfə artıq edib və əsasən də İŞİD barədə danışır.

Üveys Ərşəd isə deyir ki, bu məsələ Qərb mediasının əsas özəlliyidir və təzə deyildir. Bütün Qərb mediası İslam və müsəlmanları məfni şəkildə insanlara çatdırmaqla məşğuldurlar.

http://iqna.ir/fa/news/3479666


Teqlər: islamofob
captcha