İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Küveyt beynəlxalq Quran yarışlarının Türkiyə və Əlcəzayirdən olan hakimlər heyəti iranlı qarinin tilavətinin fövqəladə gözəl və təsirli olduğunu deyiblər.
İbrahim Fəllah Təbəssüm Çöhrə - İİR-nı Qiraət üzrə Küveyt yarışlarında təmsil edən qari, İQNA ilə müsahibəsində dedi: "Küveyt mükafatı" hifz, tilavət və təcvid üzrə beynəlxalq Quran yarışlarının 17-ci turunun ilk gecəsində Quran tilavəti icra etdim.
O əlavə etdi: Öz icramda Ali-İmran surəsinin 19-dan 23-dək ayələrini tilavət etdim ki, Türkiyə və Əlcəzayirdən olan hakimlər heyəti mənim tilavətimin fövqəladə gözəl və təsirli olduğunu və yarış fəzasını öz təsiri altına aldığını dedilər. Onların fikrincə mənim tilavətim rütbə qazanmağa layiq idi. Mən bunu yarışa qatılan hakim və qarilərin mənimlə rəftarlarından da hiss etdim.
İİR-nın digər nümayəndəsi Quran-Kərimin hifzi üzrə yarışlara qatılmışdır və cari həftənin bazar günü hifz kürsüsünə qalxaraq hizf üzrə tapşırığı icra edəcəkdir.
Qeyd edək ki, "Küveyt mükafatı" hifz, tilavət və təcvid üzrə beynəlxalq Quran yarışlarının 17-ci turunun hakimlər heyətini Ərəbistan, Livan, Yəmən, Əlcəzayir və Türkiyədən hakimlər təşkil edirlər. Və həmçinin yarışlar gələn həftənin birinci gününədək davam edəckdir və yarışların qalibləri Küveytin əmiri "Səbah Əhəməd Cabir Səbah" tərəfindən mükafatlanacaqlar.
http://www.iqna.ir/fa/news/3488701