IQNA

Almaniya müsəlmanları irqçilik təhlükəsi ilə üz-üzə dayanıblar

7:08 - April 23, 2016
Xəbər sayı: 3480360
Tehran, 23.04.2016 – Almaniyanın keçmiş prezidenti PEGİDA tərəfdarlarının indiyədək ölkə qanununa əməl etmədiklərinə işarə edərək dedi: Almaniya müsəlmanları irqçilik təhlükəsi ilə üz-üzə dayanıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-misriyyun" xəbər və infrormasiya portalına istinadla verdiyi xəbərə görə, Kristiyan Volf - Almaniyanın keçmiş prezidenti, xarici jurnalistlər ilə söhbətində PEGİDA tərəfdarlarının indiyədək bu ölkənin ana yasasına əməl etmədiklərinə işarə edərək dedi: Bu ölkədə və Avropada İslam dini ilə müxalifət edənlər milli konsitutsiya ilə müxalifətçilik edirlər, çünki ana yasa insanların dini azadlığı üzərində israrla təkid edir.

O, Almaniyada mədəniyyət, irq və din çoxluğunu hiamyə etməsini vurğulayaraq əlavə etdi: Almaniya müsəlmanları irqçilik və ayrıseçkilik təhlükəsi ilə üz-üzə dayanıblar. Bu gün irqçilik və tayfaçılıq savaşı meydanına dönən ölkələr terrorizm və müharibənin qloballaşmasından nigarandırlar. Buna görə də bu gün mədəniyyət savaşı yerinə müştərək sülh dolu həyat yaşamaq lazımdır. Almaniyada çoxlu müsəlman yaşayır və onlar ana yasaya hörmət və əməl edirlər. Silahlı qoşunlarımızda çoxsaylı türkəsilli əsgər və zabitlərimiz vardır. Əgər onlar olmasaydılar ordumuz bu gün belə təsiredici bir vəziyyətdə deyildi. Bundan əlavə ölkəmizdə çoxlu müsəlman mütəfəkkir vardır ki, bu ölkəni hər bir baxımdan himayə edir və müdafiə edirlər.

Kristiyan Volf - Almaniyanın keçmiş prezidenti, ölkədə hər cür təfriqənin mövcudluğunun demokratiyanı təhdid etdiyini və PEGİDA kimi "islamofob" hərəkatların ifratçı olduqlarını vurğulayaraq dedi: Son hadisələrdə müsəlmanlara nisbət verilən töhmətlər çox təhlükəlidir. PEGİDA hərəkatının təfədarları ana yasaya əməl etmirlər və müsəlmanları irqçilik təhlükəsi ilə üz-üzə qoyurlar.

http://iqna.ir/fa/news/3490922


Teqlər: iqna ، almaniya ، pegida
captcha