İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam Mədəniyyəti və Beynəlxalq Əlaqələr Təşkilatının informasiya və xəbər portalına istinadla verdiyi xəbərə görə, Xorvatiyada İslamın rəsmi din olaraq qəbul edilməsinin 100-cü il dönümü münasibəti ilə dünən, 26 aprel 2016-cı il tarixində Zaqreb şəhərində konfrans başlanıb və bu gün də davam edəcəkdir.
Dünən və bu gün Zaqreb şəhərinin Milli Teatr binasında keçirilməkdə olan "Avropa İslam Cəmiyyətlərinin Rəhbəri" adlı bu konfransda İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xamenei cənablarının beynəlxalq işlər üzrə məsləhətçisi Ayətullah Məhəmməd Əli Təsxiri də çıxış və İslam İnqilabının Ali Rəhbərinin avropalı cavanlara məktubunu qiraət edəcəkdir.
Konfransda Xorvatiya prezidenti, Türkiyə prezidenti, Bosniya prezidenti, Bosniya prezidentlik şurasının üzvləri, Xorvatiyanın parlament rəisi və Avropanın dini cəmiyyətlərinin sədrləri iştirak edirlər.
Ayətullah Məhəmməd Əli Təsxiri bu konfrans çərçivəsində Zilatko Həsənbəyoviç (Xorvatiyanın mədəniyyət naziri), Əziz Həsənoviç (Xorvatiya İslam Mərkəzinin rəisi) və Xorvatiyanın böyük kardinalı ilə görüşlər keçirəcək və "Səhifə əs-Səccadiyyə" kitabının müəllifi Süad Kansonu mükafatlandıracaqdır.
Həmçinin bu konfransın haşiyəsində "elm və dinin insan həyatında rolu" seminarı, "Xorvatiya müsəlmanlarının ensklopediyası"nın açılış mərasimi keçiriləcəkdir.
http://iqna.ir/fa/news/3492229