IQNA (Beynəlxalq Quran Xəbər
Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, BGMının nəzdində fəaliyyət
göstrən Gürcüstan Müsəlman Qadınlar icmasının təşkilatçılığı ilə Tbilisi Cümə məscidinin
iclas zalında Quran kurslarında təhsil alan azyaşlı yeniyetmə qızlar
arasında müqəddəs kitabın üzündən ərəbcə düzgün şəkildə oxunuşu üzrə
yarış keçirilib.
Yarış Qurani-Kərimin tilavəti ilə
açıq elan olundu.
Yarışda qalib olan 4 nəfər tələbə və onların müəllimələri Hz. İmam Mehdinin (ə) mövlud günü mərasimində Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən nəfis hədiyyələrlə mukafatlandırılacaqlar.