İŞİD fərariləri cəzalandırdı; diri-diri qaynar suda qaynadılıblar
Tehran, 07.07.2016 – İŞİD mühasirədən qaçan döyüşçülərini, döyüşdən qaçmış adı ilə dəhşətli cəza növü ilə edam etdi.
IQNA - İŞİD terror qruplaşmasının döyüşçüləri
döyüşdən qaçan silahdaşlarını qaynar suda qaynadıblar.
"İŞİD nümayəndələri öz yeddi silah yoldaşını,
onların əl-Fəllucə şəhəri rayonunda döyüş meydanından qaçdıqlarına diri diri
qaynadıblar.”, – deyə FOX telekanalı şahidlərə istinadən bildirib.
Bildirilir ki, cəzalanmış şəxslərin ilk öncə əl
və ayaqları bağlanıb, daha sonra isə onları qaynar su ilə dolu böyük qazana
atıblar. Bundan başqa daha 19 nəfər döyüşdən qaçdıqlarına görə, İŞİD
komandirlərinin qəzəbinə tuş gəliblər; onlar güllələniblər. İraq komandanlığı
iyun ayının sonunda, şəhərdə sona qalmış İŞİD dəstələrini çəkilməsindən sonra əl-Fəllucə
şəhərinin azad olunduğunu bildirib.
Reuters agentliyinin məlumatına əsasən, şəhərdə
terrorçuların törətdikləri vəhşiliklərin izləri qalmaqdadır. Terrorçuların əsirləri
içərisindən saxladıqları kiçik dəmir qəfəslərin şəkilləri yayılıb. Əl-Fəllucə
şəhərinin azad olunması haqda qəti və son xəbəri əmliyyata başçılıq edən Əbdül
Vəhhab əs-Sadi iyun ayının 26-sı bildirib. Paytaxt Bağdad şəhərindən qərbdə
yerləşən Əl-Fəllucə şəhəri 2014-cü ilin əvvəlindən İŞİD terror təşkilatının nəzarəti
altında idi. BMT mütəxəssisləri əl-Fəllucə sakinlərinin şəhərə yalnız avqust
ayınında sonunda geri dönə biləcəklərinə işarə edirlər: dağıntıların miqyası
böyükdür, bəzi yerlərdə quraşdırılmış partlayıcılar isə oranı sakinlər üçün təhlükəli
edir.