Tehran, 27.07.2016 – İsrail əsgələri Qüdsün şimalındakı hərbi yoxlanış məntəqəsində gənc fələstinli qızı vurub.

IQNA - Fələstinli qızın yaralandığı bildirilsə də səhhəti ilə bağlı ətraflı açıqlama verilməyib.
İsrail Müdafiə
Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, Qüdsün şimalında hərbi
nəzarət-buraxılış məntəqəsində "dayan" əmrinə tabe olmayan fələstinli
qız bədəninin aşağı nahiyəsindən vurulub. Fələstinli gənc qızın çantasını
yoxlamaq üçün hadisə yerinə bomba yoxlama qrupu yönləndirilib.