IQNA

Ayətullah Xatəmi vurğuladı:

Səudiyyə hakimləri Mina faciəsinə görə İslami məhkəmədə mühakimə olunmalıdır

7:37 - September 13, 2016
Xəbər sayı: 3480790
Tehran, 13.09.2016 – Ayətullah Xatəmi Ali-Səud şahlarının mühakimə olunmasını tələb edərək dedi: Bu hadisə sübut etdi ki, Ali-Səudun Həcc mərasimini idarə etməyə ləyaqəti yoxdur.

















İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tehranın Qurban bayramının xətibi Ayətullah Xatəmi xütbəsində Ali Səud hakimlərinin Mina faciəsinə görə İslami məhkəmədə mühakimə olunmasının zəruriliyini vurğulayaraq dedi: Bu hadisə bir daha sübut etdi ki, Ali-Səud krallarının şəfafətli və müqəddəs hərəmləri idarə etməyə haqqı və ləyaqəti yoxdur və buna görə də İslam ölkələrinin başbilənlərdən ibarət bir heyət şəfafətli və müqəddəs hərəmlərin və ya ən azından Həcc mərasiminin idarəsini öz üzərlərinə götürməlidirlər.

Çıxışında ötən il Qurban bayramı ərəfəsində baş verən Mina faciəsinə toxunan xətib bildirdi:"Qurban bayramı bizim rövzə günümüzdür. Bu gün bizim Mina şəhidlərimizin aşura günüdür. Mənim düşüncəmə görə, orda şəhid olanların son cümləsi "susuz dodaqlarına qurban olum, Hüseyncan” olmuşdur.”

Mina faciəsinin Ali-Səud tərəfindən törədildiyində şəkki olmadığını deyən xətib bildirib:"Onlar müqəssir və cinayətkardırlar. Onlar susuz hacılara su çatdırmaqla ölənlərin sayının artmasına mane ola bilərdilər. Bu cinayətkarlar İslam məhkəməsi önündə cavab verməlidirlər. Bu hadisə bir daha sübut etdi ki, Ali-Səud krallarının hərəmləri idarə etməyə haqqı yoxdur. Təkfirçi qruplarının cinayətlərinə öz fətvaları ilə don geyindirən müftilərin də günahı, Səud krallarından az deyil. Bu hadisə zamanı 37 ölkədən zəvvarlar həyatını itirsə də, İrandan başqa heç biri şikayət etmədi. Bu dünyatələblərin cinayətləri önündə nə vaxta qədər sakit duracaqsınız? Bu faciənin mində biri Avropa ölkələrində baş versəydi, onların qışqırığı fələyin qulağını kar edərdi. Lakin bu faciəyə bir dənə də olsun beynəlxalq qurum səsini çıxarmadı. Əgər günahkar deyilsinizsə həqiqəti üzə çıxardacaq komitənin yaradılmasına razı olun. Rəhbərimizin bu barədə kəskin mövqeyi olmasaydı, bizim şəhidlər də qaytarılmazdı. Allah bu rəhbərin kölgəsini İmamın zühuruna qədər başımızın üstündən əksik etməsin!”.

Qarşıdan gələn Qədir-xum bayramına toxunan Ayətullah Xatəmi deyib:"Biz imamət mövzusunda heç vaxt nəyisə gizlətmirik. Əksinə Qədir-xum hadisəsini yaşatdığımız üçün fəxr edirik. Biz bu barədə təqiyyə etmirik və dünyaya deyirik: Qədir-xum bizim şəxsiyyət vəsiqəmizdir. Lakin eyni halda digər məzhəblərin müqəddəslərini də təhqir etmirik. Bu bütün təqlid mərcələrinin sözüdür. Biz həm Qədir-xumun tərəfdarıyıq, həm də məzhəblərin yaxınlaşmasının.”

http://iqna.ir/fa/news/3529696


captcha