Tehran, 16.09.2016 – BMT-nin baş katibi indiyədək görünməyən bir jestlə sionist rejimi əleyhinə çıxış edərək dedi ki, İsrailin cansıxıcı və zalimcəsinə işğalı dayandırılmalıdır!

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İndian Express" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Ban Kİ Mun – Birləşmiş Millətlər Təşkilatının Baş Katibi (BMT), indiyədək görünməyən bir jestlə sionist rejimi əleyhinə çıxış edərək dedi ki, İsrailin cansıxıcı və zalimcəsinə işğalı dayandırılmalıdır!
Ban Kİ Mun – Birləşmiş Millətlər Təşkilatının Baş Katibi (BMT), işğalçı sionist rejiminin baş naziri Binyamin Netanyahunun "fələstinlilər Şərq sahillərini yəhudi irqindən təmizləmək istəyirlər" iddiasına israr etməsini tənqid və məhum edərək bildirdi ki, bu iddia qəbul olunası bir iddia deyil və çox da qıcıqlandırıcıdır.
Birləşmiş Millətlər Təşkilatının Baş Katibi bu açıqlamasında BMT-nin Təhlükəsizlik Şurasına (TŞ) elan etdi ki, bir qrum olaraq çox net bir şəkildə elan etməliyik ki, işğalçı sionist rejiminin iğşal olunmuş ərazilərdə qəsəbələr salması beynəlxalq qanunlara əsasən qeyri- qanunidir və İsrailin bu cansıxıcı və zalimcəsinə işğalı dayandırılmalıdır!
Keçən həftə işğalçı sionist rejiminin baş naziri Binyamin Netanyahu bir video mesajda demişdi ki, işğal olunmuş ərazilərdə qəsəbə salınması ilə müxalifət edən fələstinlilər əslində Şərq Sahillərində yəhudi irqini təmizləmək istəyirlər.
Netanyahunun bu çıxışının ardınca isə Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Ban Ki Mundan belə bir sərt reaksiya gəldi.
Qeyd edək ki, işğalçı sionist rejiminin qəsəbə salma siyasəti neçə on illikdir ki, davam edir və minlərlə yəhudini işğal olunmuş ərazilərdə məskunlaşdıraraq Fələstin məsələsinin həllini qeyri-mümkün etmişdir.