IQNA

Ali-Səudun uğurlu Həcc mərasimi iddiasının ardınca böyük rüsvayçılığı

5:53 - September 21, 2016
Xəbər sayı: 3480818
Tehran, 21.09.2016 – Ərəbistanın bu ilin Həcc mərasiminin uğurla keçdiyini göstərməyə çalışmasına rəğmən həm hacıların sayı gözə çarpacaq dərəcədə azalıb və həm də çoxlu insan tələfatı qeydə alınıb.

















İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı çalışır ki, KİV-lərdən istifadə edərək bu ilin Həcc mərasiminin uğurla və hər hansı bir hadisəsiz keçdiyini göstərsin, halbuki bu ölkənin Səhiyyə Nazirliyindən çölə sızan məlumata görə, bu ilin Həcc mərasimində hacıların sayının gözə çarpacaq dərəcədə azalmasına baxmayaraq zərər çəkən zairlərin və hacıların ölüm sayı çoxalıb.

Səudiyyə Ərəbistanı çalışır ki, bu ilin Həcc mərasiminin uğurlu keçdiyini iddia etməklə keçən illərin faciəli hadisələrini, xüsusilə də qaldırıcı kranın aşması nəticəsində və Mina faciəsi zamanı minlərlə şəhid olan və yaralanan hacının xatirəsini unutdursun və bununla da öz cinayətlərinin üstünü örtmüş olsun.

Ərəbistan bu iddianı bir halda edir ki, bu ölkənin səhiyyə nazirliyindən çölə sızan sənədlərdə və Həcc və Ömrə kanalının yaydığı məlumatda bu ilin Həcc mərasimində ölən hacıların adları və sayları açıqlanıbdır.

Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyinin faş olmuş sənədlərinə əsasən, 1437-ci ilin Həcc mərasimində hacıların sayının gözə çarpacaq dərəcədə azalmasına baxmayaraq 874 nəfər hacı həyatını itirmişdir.

Bu sənəd göstərir ki, 2016-cı ilin Həcc mərasimində 874 nəfər hacı həyatını itirmişdir ki, bunlardan 239 nəfər səudiyyəli, 51 nəfər misirli, 84 nəfər pakistanlı, 43 nəfər banqladeşli, 31 nəfər nigeriyalı, 124 indenoziyalı, 64 nərə hindistanlı və qalanları da müxtəlif ölkələrdəndir.

Almaniyanın miqrantların işləri üzrə "inter-nasion" təşkilatı elan edib ki, Küveyt və Səudiyyə Ərəbistanı turistlərin təhlükəsizliyini qorumaq və təmin etmək üzrə ən pis göstəricilərə malikdirlər.

Teqlər: iqna ، iran ، ərəbistan ، həcc ، mina hadisəsi
captcha