IQNA

Təhlükəsizlik tədbirləri görülür - Papa Bakıya gedir

11:36 - October 02, 2016
Xəbər sayı: 3480854
Terhan, 02.10.2016 – Roma Papası II Françaisin Azərbaycana sabah baş tutacaq səfəri ilə bağlı yüksək səviyyədə təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Təhlükəsizlik tədbirləri görülür - Papa Bakıya gedir

İQNA bildirir ki, bu barədə Fins.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən məlumat verir.

Papanın səfəri ilə bağlı təhlükəsizlik tədbirlərinə əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları rəhbərlik etsələr də, prosesə əlavə polis qüvvələri də cəlb olunacaq. Bu, ən üst dərəcəli təhlükəsizlik tədbiri olacaq. Bir günlük səfər zamanı Papanın gedəcəyi məkanlar nəzarət altında saxlanılacaq, müəyyən yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Qeyd edək ki, səfəri zamanı Azərbaycan prezidenti və dini liderlərlə görüşlər planlaşdırılır.

İslaminSesi

captcha