Tehran, 05.11.2016 - İndoneziyanın Cakarta şəhərində minlərlə müsəlman Cakarta şəhər merinin istefası tələbi ilə etiraz aksiyası keçiriblər.

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) abna-ya istindla xəbər verir ki, minlərlə indoneziyalı müsəlman Qurana hörmətsizlik edən merin istefasını tələb ediblər.
Onlar dünən cümə namazından sonra İstiqlal məscidinin qarşısından prezident sarayı istiqamətinə yürüş-mitinq təşkil ediblər.
Etiraz aksiyasına iştirak edənlər İndoneziya prezidentindən istəyiblər ki, Qurana hörmətsizlik edən Cakarta meri haqqında ölçü götürsün.