IQNA

8:41 - November 16, 2016
Xəbər sayı: 3481004
Tehran, 16.11.2016- Cari həftənin birinci günü ay yerə ən yaxın məsafədə dayanmışdı. Bu hadisə Bəni- Haşim Ayı Həzrət Əbulfəzl Abbasın (ə) hərəminin üzərində daha mənalı şəkildə müşahidə edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,Avstriyanın paytaxtı Vyana şəhərinin "İmam Əli (ə) İslam Mərkəzi"nin teleqram kanalı ayın 70 ildən sonra yenidən yerə ən yaxın məsafədə dayanması və "supermoon" (böyük ay) təbii hadisəsinin cari ayın 13-ü və 14-ündə təkrarlanması barədə məlumat yayıb. Belə ki, həftənin birinci günü Ay bədrlənərək yerə ən yaxın məsafədə dayanmış və bu hadisə "ay"ın daha böyük və daha işıqlı görünməsinə səbəb olmuşdur.

Bu teleqram kanalının yazdığına görə məlum hadisə "Bəni- Haşim Ayı" (Qəməri Bəni Haşim) Həzrət Əbulfəzl Abbasın (ə) hərəminin üzərində daha mənalı şəkildə müşahidə edilib.

Hər dörd həftədə bir dəfə ay yerə ən yaxın məsafədə dayanır, amma bu hadisə həmişə ayın bədirlənməsi ilə yanaşı olmur. Ay bədirləndiyi zaman isə yerə ən yaxın məsafədə dayanır. Həmçinin daha böyük və daha işıqlı görsənir və beləliklə "supermoon" (böyük ay) təbii hadisəsi baş verir.

http://iqna.ir/fa/news/3546105

ابرماه بر فراز حرم قمر بنی هاشم(ع) + عکس
Ad:
E-poçt:
* Comment:
* captcha: