IQNA

21:03 - November 22, 2016
Xəbər sayı: 3481030
Tehran, 22.11.2016- Türkiyədə Osmanlı dövründən qalmış 500 illik tarixi olan Quran nüsxəsindən hazırlanmış neqativlər çapa hazırdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) www.dailysabah qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Türkiyədə Osmanlı dövründən qalmış 500 illik tarixi olan Quran nüsxəsindən hazırlanmış neqativlər çapa hazırdır.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi elan etdi: Osmanlı imperiyası zamanı osmanlı əsrinin hüsnxətt və xəttatlıq səbkinin banisi Şeyx Həmdullah tərəfindən xəttatlıq edilmiş "Müshəfi Şərif" adlanan və 500 illik tarixə malik Quran-Kərim nüsxəsinin neqativ nüsxəsi (fotonüsxə) hazırlanıb və sonrakı mərhələdə bu nüsxə çap və nəşrə göndəriləcək.

Bu qədim tarixə malik Quran nüsxəsinin fotonüsxəsinin hazırlanması layihəsi Türkiyənin "Əlyazma Nüsxələr Müəssisəsi" tərəfindən icra edilib.

Osmanlı imperiyası zamanı osmanlı əsrinin hüsnxətt və xəttatlıq səbkinin banisi Şeyx Həmdullah Türk hüsnxətt ustadlarından biridir və "türk nəsx xətti"nin banisidir və bu Quran nüsxəsini 500 il öncə xəttatlıq etmişdir. Bu Quran nüsxəsindəki xətt növü bu tarixdən öncəki nüsxələrdə müşahidə edilməyib.

Şeyx Həmdullah Osmanlı imperatoru İkinci Bəyazidin hüsnxətt ustadı olmuşdur və Bəyazidin saray kitabxanası üçün müxtəlif kitabları istinsax (üzköçürmə) etmişdir.

http://iqna.ir/fa/news/3547873


اتمام تصویربرداری از نسخه قرآن 500 ساله در ترکیه



Ad:
E-poçt:
* Comment:
* captcha: