IQNA

Mərakeşdə Quran tədqiqatçıların beynəlxalq toplantısı başladı

0:07 - April 15, 2017
Xəbər sayı: 3481539
Dünən, Cümə günü, 14 Aprel 2017-ci il tarixində, səhər saatlarında, Mərakeşin "Fas" şəhərində Quran tədqiqatçılarının 4-cü beynəlxalq toplantısının açılış mərasimi oldu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-məğrib əl-yəvm" xəbər və informasiya portalına istinadla verdiyi xəbər görə, dünən, Cümə günü, 14 Aprel 2017-ci il tarixində, səhər saatlarında, Mərakeşin "Fas" şəhərində Quran tədqiqatçılarının 4-cü beynəlxalq toplantısının açılış mərasimi oldu.

Quran və Quran elmləri üzrə "Quran termenologiyası və bunun müxtəlif elmlər ilə əlaqəsi" mövzusunda keçirilən bu toplantı Mərakeşin "Elmi Araşdırmalar və Tədqiqat İnistitutu"nun təşəbbüsü ilə keçirilir.

Bu elmi toplantının açılış mərasimində Abbas əl-Cərari (Mərakeş padşahının müşaviri), İsam əl-Bəşir (Sudanın keçmiş Vəqflər naziri), Əbülhey Əmur (Fars şəhərinin yerli elmi şurasının rəisi), Aman Cəlal (Əl-Qərəvəyn universitetinin rəisi), Əbdürrəhman ibn Muaz əş-Şəhri (Ərəbistanın "ət-Təfsir" mərkəzinin müdiri), Şahid əl-Buşeyxi (Mərakeşin "Elmi Araşdırmalar və Tədqiqat İnistitutu"nun baş katibi), Zəğlul Nəccar (Quran və Sünnətin elmi ecazkarlığı dünya birliyinin üzvü) və digər görkəmli alimlər iştirak ediblər.

Abbas əl-Cərari (Mərakeş padşahının müşaviri) toplantının açılış mərasimindəki çıxışında vurğuladı: Müsəlman dünyasının alim və mütəfəkkirləri İslam ümməti qarşısında öhdələrinə aldıqları vəzifələrə əməl etməli və mövcud boşluqları doldurmalıdırlar.

Əbülhey Əmur (Fars şəhərinin yerli elmi şurasının rəisi) bu mərasimdə çıxış edərək dedi: İslam ümməti öz böhran və müşküllərini İslam dinin əsas qaynaqlarına müraciət edərək həll etməlidirlər. Və bu toplantı İslam ümmətinin Quran- Kərimə yenidən qayıdışıdır.

Dünən və bu gün keçirilən bu toplantıda İslam dünyasının alimləri, Quran elmləri üzrə tədqiqatçılar Quran- Kərimin İslam ümmətinin inkişafında əsas rola sahib olmasının və müxtəlif elmlərin Quran baxımından əhəmiyyətini müzakirə edəcəklər.

Bu toplantıda əsasən "Quran termenologiyası" və Quran və Hədis Elmləri terminləri və digər dini terminlərin din daxili (təfsir, hədis, fiqh, üsul, irfan, fəlsəfə, əxlaq və s..) və dünyəvi elmlərdəki (dilçilik, ədəbiyyat, cəmiyyətşünaslıq, iqtisadiyyat, tarix, siyasət, psixologiya və s...) təsiri və həmçinin dünyəvi elmlər (həndəsə, riyaziyyat, fizika, kimiya, zoologiya, botanika, coğrafiya, astronomiya, tibb və s...) ilə əlaqəsi müzakirə mövzusu olacaqdır.

http://iqna.ir/fa/news/3589431


captcha