IQNA

9:51 - April 19, 2017
Xəbər sayı: 3481559
İran İslam Respublikasının 34-cü beynəlxalq Quran yarışlarının açılış mərasiminin bu gün günün ikinci yarasında keçiriləcəyinə rəğmən, yarışlar artıq səhər saatlarında öz işinə başlamışdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının 34-cü beynəlxalq Quran-Kərim yarışlarının açılış mərasiminin bu gün, 19 Aprel 2017-ci il, həftənin üçüncü günü, günün ikinci yarasında keçiriləcəyinə rəğmən, yarışların ilkin mərhələsi artıq səhər saatlarında öz işinə başlamışdır.

Bu gün səhər saatlarından İran İslam Respublikasının dünyada ilk dəfə təqdim edilən beynəlxalq Quran yarışları modeli öz işinə başlamışdır. Yarışların ilkin mərhələsi başlasa da, rəsmi açılış mərasimi günün ikinci yarısında keçiriləcəkdir.

Bu yarışların indiyədək dünyada keçirilmiş digər beynəlxalq Quran yarışlarından fərqi bundadır ki, İran İslam Respublikası dünyanın Quran yarışları tarixində ilk dəfə olaraq eyni zamanda 5 beynəlxalq rəqabət meydanı açmışdır ki, bu yarışlarda 300 nəfər beynəlxalq yarışçı iştirak edir.

İran İslam Respublikasının 34-cü beynəlxalq Quran yarışlarının proqramlarının iş qrafikasının xülasəsini yarışları izləyənlərə tədqim edirik.

18 Aprel 2017-ci il: Məğrib və İşa namazından sonra yarış iştirakçılarının hansı növbədə tilavə və hifz kürsüsünə əyləşməsi qürə və püşk yolu ilə təyin edilmişdir.

19 Aprel 2017-ci il: Tehranın "Böyük Müsəlla"sında keçirilən yarışların giriş mərhələsinə səhər saatlarında start verilmişdir.

22 Aprel 2017-ci il, həftənin şənbə günü: Tələbə və şagirdlər arasında yarışlar keçiriləcəkdir.

23 Aprel 2017-ci il, həftənin bazar günü: İran İslam Respublikasının 34-cü beynəlxalq Quran yarışlarında iştirak edən xanımlar arasında yarışlar keçiriləcəkdir.

24 və 25 Aprel 2017-ci il: Böyüklər arasında keçirilən yarışların final mərhələsi.

26 Aprel 2017-ci il: İran İslam Respublikasının 34-cü beynəlxalq Quran yarışlarının yekun mərasimi.

27 Aprel 2017-ci il: İran İslam Respublikasının 34-cü beynəlxalq Quran yarışları iştirakçılarının dünya müsəlmanlarının dini lideri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei həzrətləri ilə görüşü baş tutacaqdır.

http://iqna.ir/fa/news/3590691

جدول مسابقات قرآن


Ad:
E-poçt:
* Comment:
* captcha: