IQNA

Nigeriyada Şeyx Zəkzəkiyə azadlıq şüarı ilə mitinq keçirildi

16:28 - May 25, 2017
Xəbər sayı: 3481694
Nigerya xalqı ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin qeyd-şərtsiz azadlığa buraxılması tələbilə mitinq keçirib.


Nigeriyada Şeyx Zəkzəkiyə azadlıq şüarı ilə mitinq keçirildi

İQNA Deyerler.org-a istinadla verdiyi xəbərə görə, Nigeriya İslam Hərəkatının Akademik Forumu paytaxt Abucada təşkil etdiyi mitinqdə, hökumətdən Şeyx Zəkzəki barədə Federal Ali Məhkəmənin qəbul etdiyi qərarın icrasını təmin etməsi tələb olunub.

"Şeyx Zəkzəkiyə azadlıq!" şüarı ilə keçirilən mitinqə polis sərt müdaxilə edib.

Polis qüvvələri əraziyə toplaşan nümayişçiləri su şırnaqlarından istifad edərək dağıtmağa çalışıb.

Bütün müdaxilələrə baxmayaraq, nümayişçilər bəyənatlarını oxuduqdan sonra ərazidən uzaqlaşıblar.


captcha