IQNA

"Hacı Cavad" məscidinin söküntüsündə fəallıq göstərən məmur öldü

13:05 - July 11, 2017
Xəbər sayı: 3481863
"Hacı Cavad" məscidinin sökülməsindən sonra bu prosesdə fəal iştirak etmiş 43 saylı Mənzil İstismar İdarəsinin rəisi Yusif Əhmədov dünyasını dəyişib.


İmam Hüseyn məscidinin axundu Hacı Əbdülün moderator.az-a verdiyi məlumata görə, "Hacı Cavad" məscidinin sökülməsindən sonra bu prosesdə fəal iştirak etmiş 43 saylı Mənzil İstismar İdarəsinin rəisi Yusif Əhmədov dünyasını dəyişib.

Onun ürək tutmasından həyatını itirdiyi bildirilir.

Yusif Əhmədovun Yasamal RİH başçısı İbrahim Mehdiyevin yaxın adamlarından biri olduğu qeyd olunur.

Xatırladaq ki, Hacı Cavad məscidi barədə sökülmə qərarı verildikdən sonra bu, dindarlar tərəfindən narazılıqla qarşılanmışdı. Bundan sonra həmin məscidin əvəzinə Abbas Mirzə Şərifzadə küçəsi və Mərbuat prospektinin kəsişməsində yeni ibadət evinin tikilməsi başlandı.

Məlumat üçün bildirək ki, bu hadisələrdən sonra rayonun icra başçısı İbrahim Meydiyev tutduğu vəzifədən azad edildi.

captcha