IQNA

14:35 - August 06, 2017
Xəbər sayı: 3481942
Səudiyyə Ərəbistanın Əvamiyyə şəhər sakinləri bu şəhərdə Ali-Səud rejiminin hücumlarının ardınca durumun çox acınacaqlı olduğunu bildirir.


Səudiyyə rejiminin hücumları nəticəsində Əvamiyyədə acınacaqlı durum yaranıb

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadən xəbər verir ki, artıq təqribən 3 aydır ki, Ali-Səud rejim qüvvələri ölkənin şərqində şiələrin məskunlaşdığı Əvamiyyə bölgəsinə hücumları artırıb. Bu müddət ərzində 26 nəfər Səudiyyə rejim hərbiçilərinin açdığı atəş nəticəsində şəhid olub.

Əvamiyyə şəhər sakinlərinin bildirdiyinə görə, Səudiyyə rejimi şəhərdə komendant saatının tətbiq edib.

Şahidlərin bildirdiyinə görə, Ali-Səud rejimi küçələrdə qalmış şəhidlərin cənazəsini götürməyə icazə vermir. Evlərin üzərində hərbiçi snayperlər insanların küçədə gediş-gəlişini çətinləşdirib.

Rejim qüvvələri yaralılara tibbi yardım üçün gələn təcili tibbi yardım maşınlarını və yanğınsöndürənlərin hadisə yerinə getməsinin qarşısını alır.

Çox çətinliklə evindən çıxa bilən Əvamiyyədə yaşayan qadınlardan biri bildirib ki, 3 gün idi ki evdə yemək yox idi. "Ali-Səud rejim qüvvələri davamlı olaraq əl-Məstura və digər məhəllələrə hücumlar təşkil edir. İnsanlar evlərində məhbus olunub”.

Sosial şəbəkələrdə Əvamiyyənin Səud rejiminin hücumundan öncə və sonrakı fotoso yayımlanıb. Fotolardan da dağıntıların nə qədər olduğunu müşahidə etmək mümkündür.

Səudiyyə Ərəbistanı rejim qüvvələri cari ilin may ayının sonlarından Əvamiyyə bölgəsinə yeni hücumlara start verib. İndiyədək Səudiyyə rejiminin topxanalarından açdığı atəş nəticəsində Əvamiyyədə yüzlərlə ev dağıdılıb. Evlərə verilən elektrik enerjisi kəsilib.

Səudiyyə Ərəbistanının şərq bölgəsi bu ölkənin neftlə zəngin olan bölgələrindən biridir. Eyni zamanda bu bölgədə şiələr məskunlaşıb. Qətif və Əvamiyyə bölgəsində 2011-ci ildən Ali-Səud rejimi əleyhinə dinc aksiyalara şahiddir. Etirazçılar Riyad hökumətinin ölkədə şiələrə qarşı repressiya siyasətlərinə etiraz edir. Onlar bu kimi ayrıseçkilik siyasətlərinə son qoyulmasını istəyir. Səudiyyə rejiminin repressiyaları nəticəsində indiyədək bir neçə nəfər öldürülüb və onlarla insan yaralanıb və ya həbs olunub.

Səudiyyə Ərəbistanın əhalisinin 15 faizi şiələr təşkil edir. Şərqiyyə vilayəti əsasən şiələrin məskunlaşdığı bölgədir. Səudiyyə Ərəbistanın ən önəmli neft hasilat etdiyi yer bu vilayətdə yerləşir.

Aprelin 11-də Əvamiyyə bölgəsinə Səudiyyə rejiminin qüvvələrinin təşkil etdiyi hücum vaxtı 3 nəfər həlak olmuş, 16 nəfər yaralanmışdır.

Ad:
E-poçt:
* Comment:
* captcha: