IQNA

10:26 - August 24, 2017
Xəbər sayı: 3482015
Qum Dini Elmi Hövzəsinin "tarix tədqiqatçıları birliyi"nin rəisi Höccətul-İslam Mütəhhəri dedi: "İmam Hadinin (ə) zəmanə və sirəsi" adlı elmi konfransa 110-dan çox məqalə göndərilmişdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qum Ali Dini Elmi Hövzəsinin "tarix tədqiqatçıları birliyi"nin rəisi Höccətul-İslam vəl-müslimin Həmidrza Mütəhhəri İQNA ilə müsahibəsində dedi: Şiələrin 10-cu məsum rəhbəri "İmam Əli ən-Nəqi əl-Hadinin (ə) zəmanə və sirəsi" adlı elmi konfransa artıq 110-dan çox məqalə göndərilmişdir.

Höccətul-İslam vəl-müslimin Həmidrza Mütəhhəri – İslami Elm və Mədəniyyət Tədqiqatı Müəssisəsinin elmi heyətinin üzvü və Qum Ali Dini Elmi Hövzəsinin "tarix tədqiqatçıları birliyi"nin rəisi, əlavə etdi: Bizim "İslam tarixi tədqiqatı" birliyi son illərdə bir sıra elmi konfrans və toplantılar təşkil edərək cəmiyyətdə az tanınmış və barədələrində az tədqiqat həyata keçirilmiş imamlarımız barədə elmi işlər həyata keçirmişdir və yüzlərlə məqalənin yazılmasına səbəb olmuşdur.

İslami Elm və Mədəniyyət Tədqiqatı Müəssisəsinin elmi heyətinin üzvü dedi: İmam Hadinin (ə) sirəsi və zəmanəsi haqqında keçiriləcək elmi konfrasa dəvət cari ilin ilk aylarından başlamış, indiyədək konfransın keçirilmə komitəsinə 110-dan çox məqalə göndərilmişdir və bu barədə 20 elmi məqalə bu sahənin ustadlarına sifariş verilmişdir.

Qum Ali Dini Elmi Hövzəsinin "tarix tədqiqatçıları birliyi"nin rəisi əlavə etdi: Birliyimiz cari ilin əvvəlində "İbnur-Rza İmam Cavadın (ə) sirəsi və zəmanəsi" adlı konfrans keçirdi və bu konfransın nəticəsi müxtəlif kitabların və məqalələrin çapı oldu və elə həmin konfransdan sonra İmam Hadini (ə) sirə və zəmanəsi barədə konfrans keçirilməyə start verildi.

Mütəhhəri əlavə etdi: Bu elmi toplantı 2017-ci ilin Sentyabr ayının 6-da keçiriləcəkdir, amma ola bilər ki, dini hövzələr həmin vaxtlarda tətil olduğu üçün bu tarix bir az təxirə düşsün. Buna görə də bu toplantıya məqalə göndərmək istəyənlər üçün hələ də fürsət vardır və onlar öz məqalələrini historiqom@gmail.com e-mail ünvanına göndərə bilərlər.

Bu toplantıya göndərilən məqalələr İmam Hadinin (ə) həyatı barədə, o cümlədən İmam Hadinin (ə) soyu, ailəsi, övladları, ləqəbləri, kənizləri, xanımları, O həzrətin (ə) nəsilindən olan imamzadələr, İmam Hadinin (ə) həyat tərzi, İmam Hadinin (ə) əxlaqi, ibadi, iqtisadi, ailəvi, mədəni və siyasi sahələrdə həyat tərzi, əxlaqı və kəlamları, imamın (ə) elmi mirası, münazirələri, raviləri, səhabələri, dua və ziyarətnamələri, şer və məktubları, kəlami və fiqhi hədislərinin araşdırılması, İmamın (ə) zamanındakı fiqhi və kəlami firqələr, hakimiyyət və əhl-sünnə ilə davranış tərzi, şiələrlə əlaqə saxlmaq metodları, vəkalət təşkilatı və s... kimi mövzularda olmalıdır.

Qeyd edək ki, Qum Ali Dini Elmi Hövzəsinin "Tarix Tədqiqatçları Birliyi" 2003-cü ildə təsis edilmişdir, 200 nəfər daimi üzvü var və İranın daxili və xaricində 700-dən çox tarix ustadı və tədqiqatçısı ilə həmkarlıq edir.

http://www.iqna.ir/fa/news/3633297


Teqlər: İQNA ، İmam Hadi ، konfrans ، İbnur-Rza
Ad:
E-poçt:
* Comment:
* captcha: