IQNA

18:01 - August 24, 2017
Xəbər sayı: 3482019
Myanmarın müsəlmanlar yaşan, fəqirlik, fəlakət və böhran içində çabalayan Raxinə yeni silahlı qüvvələrin göndərilməsi minlərlə ruhingiyalının didərgin düşməsinə səbəb oldu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Myanmarın müsəlmanlar yaşan, fəqirlik, fəlakət və böhran içində çabalayan Raxinə yeni silahlı qüvvələrin göndərilməsi minlərlə ruhingiyalının didərgin düşməsinə və qaçqınların sayının artmasına səbəb oldu.

Myanmar silahlı qoşunlarının baş qərargahının verdiyi fərmana əsasən Myanmarın müsəlmanlar yaşan, fəqirlik, fəlakət və böhran içində çabalayan Raxin yeni qoşunlar yedirildi.

Onlar bu qoşunları terrorizmlə mübarizə bəhanəsi ilə müsəlmanları əzmək üçün göndəriblər.

Bu isə Raxin əyalətində yenidən ən azı 3500 nəfər müsəlmanın qaçqın və didərgin düşməsinə səbəb oldu. Müsəlmanlar bu dəfə də Banqladeş sərhədlərinə üz tutublar. Banqladeş isə artıq ruhingiyalı qaçqınlara yer verməkdən imtina edir və onları yenidən öz kəndlərinə geri qaytarır.

Özlərini Banqladeşin Naf çayı kənarında Kakas qaçqınlar düşərgəsinə çatdıran müsəlmanlar isə yer azlığına görə açıq fəzada və qızmar gün şüları altında keçinməli olurlar.

http://www.iqna.ir/fa/news/3634059


Teqlər: İQNA ، Raxin ، Ruhingiya ، Myanmar
Ad:
E-poçt:
* Comment:
* captcha: