IQNA

19:47 - August 28, 2017
Xəbər sayı: 3482049
Yeni tədris ilində Qum Ali Dini Elmi Hövzəsində "elmul-ictima əl-islami" fənni Həzrət Ayətullah Əraki tərəfindən tədris ediləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 2017-ci ilin yeni tədris ili üçün Qum Ali Dini Elmi Hövzəsində "elmul-ictima əl-islami" (İslami Sosiologiya) fənni "İslami idarə sistemi üçün fiqhi tədqiqatlar" təşkilatının idarə heyətinin rəisi və təsisçisi Həzrət Ayətullah Möhsün Əraki tərəfindən tədris ediləcək.

Bu dərsin tədrisi Qum şəhərinin Səfaiyyə xiyabanı, Mümtaz küçəsi, Nurus-Səqəleyn tədris kompleksində yerləşən "İslami idarə sistemi üçün fiqhi tədqiqatlar" təşkilatında Məhərrəm ayının ikisindən başlayaraq, hər gün saat 11:00-dan 13:00-dək keçiriləcək, Məhərrəm ayının 8-də Aşura tətilinə çıxacaq və Aşura tətilindən sonra yenə də davam edəcəkdir.

http://www.iqna.ir/fa/news/3635299


Ad:
E-poçt:
* Comment:
* captcha: