IQNA

10:56 - September 25, 2017
Xəbər sayı: 3482200
Qəfildən xəstələnmiş 60 yaşlı misirli kişi həkimə müraciət etdi və həkim ona dərmanının "Quran qiraəti" olmasını bildiri.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, qəfildən xəstələnmiş 60 yaşlı misirli kişi həkimə müraciət etdi və həkim ona xəstəliyinin dərmanının "Quran qiraəti" olmasını bildiri.

Altımış yaşlı Hacı Abdullah Əli Məhəmməd Əbul-Ğeyz Misirin kəndlərindən birində yaşayır. O, yazıb-oxumaq bacarmadığına rəğmən 2005-ci ildə Quran- Kərimi əzbərləyə bildi. Həmin vaxtlarda bu qərara gəldi ki, Vəhy kitabını öz xətti ilə yazsın.

Hacı Abdullah Əli Məhəmməd Əbul-Ğeyz dedi: Mən qəfildən xəstələndim. Həkimə müraciət etdiyimdə o mənə dedi ki, sənin xəstəliyinin dərmanı Quran- Kərimi qiraət etməkdir.

O vurğuladı: Heç bir təhsil sənədim və kifayət qədər savadımın olmamasına baxmayaraq Qurani-Kərimi oxumağı öyrəndim və Quranı iki dəfə əvvəldən axıradək yazdım. Yazdığım Quranları təshih etmək üçün Quran mütəxəssislərinə vermişəm və hazırda üçüncü nüsxəni yazmağa məşğulam.

Bu qoca kişi Quran-Kərimi əl ilə yazmağının səbəbi barədə deyir: Quran-Kərimi hifz etmək və bu hifzi qoruyub saxlamaq çətin işdir. Buna görə mən Quranı kitabət edirəm ki, yazmaq ayələrin zehnimdə möhkəmlənməsinə kömək edəcəkdir.

O, müsahibəsinin sonunda vurğuladı: İndiyədək Quran- Kərimi kitabət etmək yolunda heç bir çətinlik və maneə ilə rastlaşmamışam. Və Allah- Taala bu yolda mənə kömək edir.

http://www.iqna.ir/fa/news/3645597

پیرمردی که پزشک برایش تلاوت تجویز کرد


پیرمردی که پزشک برایش تلاوت تجویز کرد
Teqlər: İQNA ، Quran ، Həkim ، Kitabət
Ad:
E-poçt:
* Comment:
* captcha: