İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın yeddi əyalətinin məsulları Kərbəla şəhərində toplantı keçirərək İmam Hüseynin (ə) ƏRBƏİN zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün görülən işlər və son hazırlıqlar barədə müzakirə etdilər.
Bu toplantı cari həftənin Cümə günü, 27 Oktyabr 2017-ci il, İraqın Kərbəla şəhərində ƏRBƏİN ziyarətində təhlükəsizlik tədbirlərinin icrası, məhdudiyyətlərin və maneələrin ortadan götürülməsi hədəfi ilə keçirilib.
Toplantıda İraqın əyalət məsulları, əyalət şuralarının rəisləri, şəhər merləri və İraqın təhlükəsizlik qüvvələrinin rəislərinin iştirakı ilə baş tutub.
Kərbəla şəhərinin əyalət şurasının rəisi Nəsif Xəttabi bilirib ki, Kərbəla şəhəri ƏRBƏİN zəvvarlarını qarşılamaq üçün tam hazır vəziyyətdədir.
İraqın nəqliyyat nazirliyinin sözçüsü isə xəbər verib ki, zəvvarların daşınılması üçün bütün tərbirlər həyata keçirilib və ziyarətçiləri daşıyacaq nəqliyyatın sayı keçən ildəkinə nisbətən çoxdur. Zairləri daşımaq üçün 650 avtobus tədarük görülmüşdür ki, bunlardan bəzisi iki mərtəbəlidir. Bundan əlavə 33 min minibus, 450 yük maşını və 22 qatar zəvvarları daşıyacaqdır.
http://iqna.ir/fa/news/3657720