İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, şəhidlər ağası həzrət İmam Hüseynin (ə) Kərbəla məktəbi və Aşura hərəkatının 5-ci incəsənət sərgisi on beş müsəlman dövlətinin, o cümlədən İran İslam Respublikasının iştirakı ilə Nəcəf- Kərbəla yolunda təşkil edilmişdir.
Bu sərgi İraqın Nəcəful-Əşrəf şəhərinin "İbda" (Yaradıcı) incəsənət kolleksiyası kompleksinin təşəbbüsü ilə keçirilir.
Sərgi "İmam Hüseyn (ə) yolunda yaradıcılıq" devizi ilə ƏRBƏİN zəvvarlarının Nəcəf şəhərində Kərbəlaya getdikləri yolda təşkil edilmişdir.
Bu sərgidə 15 ölkənin, o cümlədən Ərəb ölkələri, Bəhreyn, İraq, Ərəbistan, Hindistan, Pakistan, İngiltərə, Rusiya, Küveyt, Livan, Əlcəzayir və İran İslam Respublikasından Əhli-Beyt (ə) aşiqləri olan elm və incəsənət adamları öz əsərləri ilə iştirak edirlər.
Sərgini təşkil edənlərin bu barədə verdiyi açıqlamaya görə, bu sərgi İmam Hüseyn (ə) məktəbinin fəlsəfəsini incəsənət dili ilə insanlara, xüsusilə də avropalılara çatdırmaq üçün keçirilir. Çünki Aşura məktəbi beynəlxalq bir məktəbdir və təkcə hansısa bir dəstənin, millətin və məzhəbin inhisarında deyil.
http://iqna.ir/fa/news/3660794