İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət İmam Hüseyn (ə) ƏRBƏİN mərasimində İraqın Kərbəla şəhərinin bütün xiyabanları, xüsusilə də "beynul-hərəmeyn" daxildən və xaricdən olan aşiqlər selinin şahidi idi.
Dünən, Cümə günü, 20 Səfər 1349-cu hicri-qəməri ili (10 Noyabr 2017), İraqda Həzrət İmam Hüseynin (ə) ƏRBƏİN mərasimi keçirildi. Bu münasibətlə zəvvarlar Cümə gecəsi və daha öncəki gecələrdən özlərini Kərbəla şəhərinə çatdırmışdılar.
Kərbəlanın bütün xiyabanları, xüsusilə də İmam Hüseynin (ə) və Həzrət Əbulfəzl Abbasın (ə) müqəddəs hərəmləri, bu iki müqəddəs hərəmin arasındakı böyük ərazi (beynul-hərəmeyn) milyonlarla Əhli-Beyt (ə) aşiqinin izdihamlı iştirakına şadih idi.
Bu möhtəşəm mərasimdə dünyanın müxtəlif ölkələrindən, o cümlədən İran, Omman, Küveyt, Pakistan, Bəhreyn, Livan, İraq, Suriya, Türkiyə, Azərbaycan, Hindistan, Gürcüstan, Rusiya, Ukrayna, Afrika və Avropa ölkələrindən olan milyonlarla zəvvar iştirak edirdi. Bu əzəmətli mərasimdən insanı heytərə gətirən görüntülərin fotolarını izləyicilərimizə təqdime edirik.
http://iqna.ir/fa/news/3661754