IQNA

Hindistanda 3-cü Beynəlxalq Quran Tərcümləri toplantısı keçiriləcək

9:17 - November 26, 2017
Xəbər sayı: 3482430
Hindistanın Krala əyalətinin "Darul-Hüda" İslam Universitetinin Quran Elmləri fakültəsinin təşəbbüsü ilə 3-cü Beynəlxalq Quran Tərcümləri toplantısı gələn ilin mart ayının 10-da keçiriləcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın Krala əyalətinin "Darul-Hüda" İslam Universitetinin Quran Elmləri fakültəsinin təşəbbüsü ilə 3-cü Beynəlxalq Quran Tərcümləri toplantısı 2018-ci ilin mart ayının 10-da keçiriləcəkdir.

Bu toplantı "Müasir ictimai məsələlər Qurani-Kərim baxımdan" adı ilə keçiriləcək və toplantıda iştirak etmək istəyənlər 2017-ci ilin Dekabr ayının 15-dək öz məqalələrinin xülasəsini "Darul-Hüda" İslam Universitetinin Quran Elmləri fakültəsinin toplantının keçirilməsi komitəsinə göndərə bilərlər.

Toplantı Qurani-Kərimin qanunları və maarifi barədə dünyada yaranmış yanlış təsəvvürlər və böhtanların cavabını vermək və Qurani-Kərim barədə müsbət və doğru baxış yaratmaq məqsədi ilə keçirilir.

Toplantıda dünyanın müxtəlif ölkələrindən ustadlar, tələbələr, İslam dini barədə araşdırmaçılar və dinşünas mütəxəssislər iştirak edəcəklər.

Qurani-Kərimin siyasi, iqtisadi məfhumları, qəbilə, tayfa və irqlər barədə ayələri, cinsi istəklər, evlilik məsələləri, qadın və kişi barədə nəzərləri, çoxmədəniyyətlilik və çoxdinlilik barədə qanun və qaydaları, ətraf mühit və ekologiyaya və müasir texnologiya və informasiya barədə baxışı toplantının müzakirə mövzuları olacaqdır.

Bu toplantı keçən cari ilin əvvəlində Hindistanda "Quranın tərcümləri və onların cəmiyyətdə təsiri" devizi ilə keçirilmişdi.

http://iqna.ir/fa/news/3666687


captcha