IQNA

22:46 - December 06, 2017
Xəbər sayı: 3482477
Professor Məhəmməd Yasin 1932-ci ildə Hindistanın Cəlalabad şəhərində anadan olub. O, Qurani-Kərimi müasir İngilis dilinə tərcümə etmək iftixarını qazanmışdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qurani-Kərimi dünyada ilk dəfə müasir İngilis dilinə Hindistanın 86 yaşlı professoru Məhəmməd Yasin tərcümə edib.

O, Qurani-Kərimi dini terminləri və Quranın xüsusi mənalı sözlərinin mənasını qoruyaraq müasir İngilis dilinə tərcümə etmək iftixarını qazanmış ilk müsəlman alimidir.

Professor Məhəmməd Yasin 1932-ci ildə Hindistanın Cəlalabad şəhərində anadan olub. Dörd yaşında ikən atasını və 7 yaşında ikən anasını itirdi və əmisinin himayəsində böyüdü. 17 yaşında olarkən isə əmisinin ölümü ona bir daha ağır zərbə vurdu. Amma nə kasıbçılıq və nə də əzizlərini itirmək faciəsi onun kamal yolunda inkişafına maneə yarada bilmədi.

Pr. Yasin Məhəmməd Hindistanın Allahabad şəhərininin İving kollecində təhsilini davam etdirdi. Çoxlu kitablar oxuyaraq elm kəsb etdi, mənəviyyat və zehnini qidalandırdı. Həmin zaman Hind, İngilis, Ərəb və Urdu dillərini kamil mənimsədi.

Yasin Məhəmməd 1960-cı ildə Qurani-Kərimi Ərəbcədən İngilis dilinə tərcümə etməyə başladı. Amma həyat tərzində bir sıra problemlər yarandığı, o cümlədən gözlərində "qara su" əməl gəldiyi üçün işi sürətlə irəli apara bilmədi. Amma bunlar onun əzmini qıra bilmədi və o, Quranın tərcüməsini 1990-cı ildə yekunlaşdıra bildi.

Pr. Yasin Məhəmmədin tərcümə etdiyi Quran ilk dəfə 2001-ci ildə "Son Mesaj" adı ilə çap və nəşr edildi.

Bu onun Quran barədə son işi olmadı. Yasin Məhəmməd Qurani-Kərimin İngilis dilində ilk lüğətnaməsini də yazdı ki, bu kitab da İngilis dilində Qurani-Kərimin ən kamil və hərətəfli lüğəti hesab edilir.  

http://iqna.ir/fa/news/3670098

 استاد هندی؛ اولین مترجم انگلیسی قرآن با حفظ اصطلاحات و واژگان امروزی

Ad:
E-poçt:
* Comment:
* captcha: